14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Nurməhəmmədov Makqreqor haqqında: Həbsxanada olmalıdır
Tarix: 17-08-2019 02:38 | Bölmə: Digər



Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov bir neçə gün əvvəl gündəmə çevrilmiş Konor Makqreqorun barda qoca kişini döyməsi hadisəsinə münasibət bildirib.
H.Nurməhəmmədovun fikrincə, belə hərəkətlərə görə həbs etmək lazımdır.
İdmançı TMZ Sports-a açıqlamasında rəqibinin bu cür hərəkətlərinin idmana ziyan vurduğunu da qeyd edib.
"Belə adamlar həbsxanada olmalıdırlar. Onun nə ustalığı var, nə də hörməti. Bu, idman üçün çox pisdir. Doğrudur, onun bəzi hərəkətləri idman üçün xeyirlidir, amma bunlar yox. O, dəli olur. Bu dəlilikdir. Bu gün o, qocanı döyür, sabah nə edəcək?", - deyə Həbib fikirlərini bildirib.
Qeyd edək ki, Konor Dublin barlarından birində dincələrkən oradakı müştərilərin hamısını viskiyə qonaq edib. Yaşlı müştərilərdən biri isə viskinin dadına baxmaqdan imtina edib. Bunu görən UFC çempionu qocanı döyüb. Hadisənin videoyazısı bu həftə dünya KİV-də yayımlanıb.



Baxış sayı: 515


Bölməyə aid digər xəbərlər