22:06 / 01-09-2026
Bu gün general-mayor Hilal Nəcəfovun doğum günüdür-TƏBRİK EDİRİK!
20:47 / 01-09-2026
Vaşinqtonun şantajı: Çinlə bağlı uğursuzluqdan sonra ABŞ Hindistana təzyiq göstərməyə çalışır
20:43 / 01-09-2026
Putin: "2025-ci ildə Türkiyəyə təxminən 7 milyon rus turisti səfər edib"
20:39 / 01-09-2026
İnsanlara kürəklə hücum edən kişinin qumar aludəçisi olduğu ortaya çıxdı
20:32 / 01-09-2026
ABŞ növbəti iki həftə ərzində İranla əməliyyatlara görə banklara sanksiya tətbiq edə bilər
20:28 / 01-09-2026
Futbolçu Rüdiger Almaniya Milli Komandasından təqaüdə çıxdı
20:24 / 01-09-2026
Katamaran böyük dərinliklərdə tapılıb
20:16 / 01-09-2026
Bessent: "Hörmüz boğazı iki ildən sonra yararsız hala düşəcək"
20:10 / 01-09-2026
Yeni Dehlinin mərkəzində iki qüllə əldə etdi
20:05 / 01-09-2026
105 illik yüksək temperatur rekordunu qırdı
20:02 / 01-09-2026
Angelina Jolie Poltavaya gəldi
19:59 / 01-09-2026
Bir yeniyetmə qaz tüstüsünü udduqdan sonra ölüb
12:45 / 01-09-2026
ŞƏT lisenziyasız peyk internet xidmətlərinin göstərilməsini pozuntu kimi qəbul edib
12:43 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Yaponiyanın Rusiyadakı səfirliyi ABŞ ilə təlimlərlə bağlı töhmət elan etdi
12:38 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi: Militarist Yaponiyanın cinayətlərinin ictimailəşdirilməsi üzərində işləməyə davam edirik
12:35 / 01-09-2026
FSB xəyanətdə ittiham olunan şəxsin həbsinin görüntülərini yayımlayıb
12:29 / 01-09-2026
SHOT: Müğənni Dolina 250 milyon rubla yeni lüks mənzil alıb
12:26 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi səfir Kelinin Londondakı missiyasının başa çatdığını elan etdi
12:22 / 01-09-2026
Çin təhlükəsizlik təhdidləri ilə mübarizə aparmaq üçün təkliflər irəli sürüb
12:20 / 01-09-2026
"Mash": Kanskda məktəbli qız müəllimlərə hücum etdi
12:17 / 01-09-2026
Rusiya Xarici İşlər Nazirliyi sentyabr ayında Kiyevin cinayətləri ilə bağlı sensasion araşdırma təqdim edəcək
12:14 / 01-09-2026
Dmitriyev Avropanın görünməmiş təcridini elan etdi
11:42 / 01-09-2026
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər
22:02 / 31-08-2026
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub
18:02 / 31-08-2026
İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü olub
17:57 / 31-08-2026
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı mətbuat üçün bəyanat
17:51 / 31-08-2026
Tramp: "İran rəsmi olaraq uğursuz bir dövlətə çevrilib"
17:46 / 31-08-2026
Rospotrebnadzor: Rusiya Asiya ölkələri ilə vahid sanitar qalxan qurur
17:39 / 31-08-2026
Kreml: Si və Putin bir-birinə etibar edir, danışıqlar çox konstruktiv keçdi
17:34 / 31-08-2026
Peskov Putin və Si Cinpinin danışıqlarının mövzuları barədə danışdı
16:50 / 31-08-2026
Polis rəqiblərini döyən iki kişini saxlayıb
16:46 / 31-08-2026
Pavel Artemyev onun "Korni" qrupuna qayıtmasını niyə gözləməməli olduğumuzu izah etdi
16:40 / 31-08-2026
AB-nin Rusiya əleyhinə yeni sanksiyalar paketini qəbul etmək üçün potensial tarixi açıqlanıb
16:35 / 31-08-2026
III Teofilos Putin və Zelenski ilə vasitəçi kimi görüşmək istəyini bildirdi
16:31 / 31-08-2026
24 yaşlı kişini qatar vuraraq öldürüb
16:26 / 31-08-2026
FT: Mask Ağ Evin təsdiqi ilə "Starlink" pilotsuz təyyarəsinin Rusiyaya zərbə endirməsinə icazə verir"
16:22 / 31-08-2026
Müğənni Nikol Şerzinger Bişkekdə keçiriləcək Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edəcək
16:19 / 31-08-2026
Polşa idmançıları Olimpiadadan kənarlaşdırıla bilər
I və IV qruplar üzrə qəbul imtahanlarının NƏTİCƏLƏRİ açıqlanıb
Tarix: 02-07-2019 18:43 | Bölmə: Digər
Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.
Mərkəzdən Trend-ə verilən məlumata görə, abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar ("Azercell", "Bakcell", "Nar", "Naxtel") vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 24028 abituriyentdən 298 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 6 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda I ixtisas qrupu üzrə 7 abituriyent (Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, 61 saylı orta məktəb, Zaqatala rayonu 3 saylı şəhər orta məktəbi, İmişli rayonu 1 saylı şəhər məktəb-liseyi, Mingəçevir şəhəri 8 saylı şəhər orta məktəbi, Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, Bərdə rayonu 5 saylı şəhər orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.
Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Eyni ixtisas qrupu üzrə yaz və yay qəbul imtahanlarının hər ikisində iştirak edən və müsabiqə şərtlərini ödəyənlər istədikləri nəticəni seçə bilərlər.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 6 və 8 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 3, 4, 5 iyul tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsi və iş nömrəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.
Baxış sayı: 659
Bölməyə aid digər xəbərlər