14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Bakıda bu istirahət mərkəzləri cərimələndi - Hovuzlara görə
Tarix: 01-07-2019 14:03 | Bölmə: Digər

                  

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, növbəti tədbir iyunun 27-də paytaxtın Səbail rayonu ərazisində keçirilib. Reyd zamanı “Eldorado”, “Aqua Park” və “1001 gecə” istirahət mərkəzlərində su obyektlərinin mühafizəsi qaydalarının pozulması faktları aşkar olunub.
Qeyd olunan istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.



Baxış sayı: 572


Bölməyə aid digər xəbərlər