14:26 / 23-11-2024
Şeyx Portuqaliyaya gedir
12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
13 yaşlı erməni oğlan müsəlman oldu, məsələ parlamentə qədər gedib çatdı
Tarix: 16-05-2019 02:17 | Bölmə: Digər



Türkiyədə yaşayan 13 yaşlı erməni əsilli Artur tanınmış din xadimi Nihat Hatipoğlunun aparıcılıq etdiyi proqramda İslamı qəbul edib.
Hadisəsdən az sonra oğlanın valideynləri hay-küy salaraq, Arturun proqrama onlardan icazəsiz qatıldığını söyləyiblər.
Türkiyə parlamentinin erməni deputatı Karo Paylan Arturun hüquqlarını qorumaq üçün məsələ ilə bağlı  “Radyo ve Televizyon Üst Kurulu”na ( RTÜK) müraciət edəcəyini bildirib.
“Sabah mən RTÜK və Baş Prokurorluğa şikayət məktubu göndərəcəm. Bu hadisə hansısa xüsusi bir mesaj daşımasa da, Arturun etnik mənsubiyyəti şounu daha baxımlı hala gətirib”, - deyə deputat bildirib.



Baxış sayı: 673


Bölməyə aid digər xəbərlər