Bütün xəbərlər
Miqran Poqosyan Moskvada həbs olundu
Tarix: 24-04-2019 01:52 | Bölmə: Digər



Aprelin 21-də Ermənistan Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, axtarışda olan Miqran Poqosyan Moskvada saxlanılması barədə məlumat vermişdik.
Rusiya məhkəməsi Miqran Poqosyanı öz ölkəsinə ekstradisiya etmək məsələsini nəzərdən keçirmək üçün 40 gün müddətinə həbs edib.
RİA Novosti xəbər verir ki,  Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə ələqalər şöbəsinin rəhbəri Arevik Xaçatryan belə məlumat paylaşıb.
Qeyd edək ki, Miqran Poqosyan külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərində sui-istifadəyə görə axtarışa verilmişdi.
Məhkəmə materiallarına əsasən, o həmçinin öz sürücüsünü və mühafizəçisini Ədliyyə Nazirliyində vəzifəyə  təyin edib və onların adına yazılmış maaşın ümumi miqdarı 91 min dolları ötüb.



Baxış sayı: 708


Bölməyə aid digər xəbərlər