17:18 / 27-07-2026
NLO gördülər
Bütün xəbərlər
Tikinti materialları anbarında böyük yanğın baş verib
Tarix: 28-07-2026 18:32 | Bölmə: Digər


Vladimir şəhərində tikinti materialları anbarında 2000 kvadrat metrlik ərazini əhatə edən yanğın baş verib və söndürmə işləri davam edir. 
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsi məlumat verib.
Anbar Qastello küçəsi, 8a ünvanında yerləşir.
Yanğınsöndürmə və xilasetmə bölmələri hadisə yerinə çatdıqdan sonra tikinti materialları anbarında yanğının baş verdiyini müəyyən ediblər. Yanğının təxmini sahəsi 2000 kvadrat metrdir.
Qeyd olunur ki, binanın mürəkkəb planı və struktur xüsusiyyətləri yanğının söndürülməsini çətinləşdirir, yüksək yanğın yükü isə yanğının və tüstünün yayılmasını asanlaşdırır.
Yanğının söndürülməsində 40-dan çox insan və 13 texnika iştirak edir.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər