09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
17:57 / 25-10-2026
2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Rusiyada keçiriləcək
17:52 / 25-10-2026
LDPR ABŞ-ı Kiyev rejiminə bütün hərbi yardımları dayandırmağa çağırdı
17:49 / 25-10-2026
Serbiya Tərəqqi Partiyası Vuçiçin anasına hücum edildiyini bildirdi
17:44 / 25-10-2026
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
17:42 / 25-10-2026
Floridada baş verən atışmada on bir nəfər yaralanıb
17:39 / 25-10-2026
Fransadakı iğtişaşlarda saxlanılanların sayı açıqlanıb
17:36 / 25-10-2026
Nyu-York Katolik Arxiyepiskopluğu 800 milyon dollardan çox zorakılıq iddiası ilə bağlı ödəniş edəcək
17:31 / 25-10-2026
Yüzlərlə insan Almaniya hava limanlarında deportasiyalara qarşı etiraz etdi
10:25 / 25-10-2026
Peskov bildirib ki, Trampın Moskvaya səfəri hazırda müzakirə mövzusu deyil
10:23 / 25-10-2026
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
10:19 / 25-10-2026
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
10:15 / 25-10-2026
Moldova Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalayacaq
10:13 / 25-10-2026
Fransada sosial media xidmətləri etirazlar səbəbindən dayandırıla bilər
09:55 / 25-10-2026
BƏƏ-də OBS Qlobal ikinci günü
09:57 / 24-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:36 / 22-10-2026
Parçalanmış coğrafiyadan milli suverenliyə
23:27 / 22-10-2026
Qaz balonu partladıqdan sonra avtomobil alovlanıb
23:25 / 22-10-2026
Dəmir yolu işçisi şəhərətrafı qatar yanğınına görə mühakimə olunacaq
23:22 / 22-10-2026
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
23:18 / 22-10-2026
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
23:15 / 22-10-2026
Tramp İranı neft qiymətlərini qaldırmaqda günahlandırır
23:12 / 22-10-2026
Trampın Maskla danışığından sonra Ukraynada Starlink xidməti yaxşılaşıb
23:08 / 22-10-2026
Putin Ukraynada yarım milyondan çox fərari olduğunu bildirdi
22:59 / 22-10-2026
Britaniyada Pokémon kart kolleksiyası 1,5 milyon funt sterlinqə satıldı
16:48 / 22-10-2026
Paşinyan Ermənistanın AİB-dən çıxarıla bilməyəcəyini bildirdi
Güləşçilərimiz dünya reytinqində birinci pilləyə yüksəlib
Tarix: 19-04-2019 15:26 | Bölmə: Digər
Dünya Güləş Birliyi (UWW) ötən həftə Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatının yekunlarına əsasən reytinq siyahısını yeniləyib.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləşçilərin siyahısında müxtəlif çəkilər üzrə ilk “20-lik”də 11 yığma üzvü yer alıb. Buxarestdə 8 illik fasilədən sonra 3-cü Avropa çempionluğunu qeyd edən Cəbrayıl Həsənov (79 kq) xalını 60-a çatdırıb və indi onunla eyni xala malik amerikalı dünya çempionu Kayl Daykla 1-2-ci yerləri bölüşür. Qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxan daha 2 sərbəst güləşçimiz - Hacı Əliyev (65 kq) və Şərif Şərifov (92 kq) da reytinqdə irəliləyib. Hacı 22 xalla 8-ci, Şərif isə 20 xalla 11-ci pillədə qərarlaşıb. 57 kq-da ilk “20-lik”də iki güləşçimiz var. Ötən il Kaspiyskdə Avropa çempionu olan Georgi Edişeraşvili aktivindəki 18 xalla ilk “10-luğ”u qapayır. Ondan 2 xal geri qalan son Avropa çempionatının bürünc medalçısı Mahir Əmiraslanov isə 15-ci yerə yüksəlib. Buxarestdən gümüş medalla qayıdan Ağahüseyn Mustafayev (70 kq) 18 xalla 11-ci pilləyə irəliləyib. 74 kq-da iki yığma üzvü ilk “20-lik”dədir. Abubakr Abakarovla Hacımurad Hacıyev 16 xalla 13-14-cü yerləri bölüşür. Murad Süleymanov isə 86 kq-da bu qədər xalla 16-cıdır. 97 kq-da da millimizin iki üzvü ilk “20-lik”də yer alıb. Arslanbek Alborov 18 xalla 12-ci, ondan 2 xal geri qalan Nurməhəmməd Hacıyev isə 17-ci pillədə qərarlaşıb.
Yunan-Roma güləşində 6 güləşçimizin adı ilk “20-lik”dədir. Bu dəfə Avropa üçüncüsü olan Eldəniz Əzizli xalını 76-ya çatdırıb və 55 kq-da vahid liderliyə yüksəlib. Buxarestdə bürünc medalı boynundan asan Taleh Məmmədov (63 kq) 28 xalla ilk “5-liy”i qapayır. Zədə üzündən qitə birinciliyində iştirak etməyən Rəsul Çunayev (72 kq) 25 xalla 8-cidir. Elvin Mürsəliyevin (77 kq) aktivində 16 xal var və 12-ci yerdədir. Avropa ikincisi olan İslam Abbasov (87 kq) xalını 40-a çatdırıb və 4-cü pilləyə yüksəlib. Orxan Nuriyev (97 kq) isə 16 xalla 16-cıdır.
Qadın güləşində isə yığmanın 7 üzvü ön sıralardadır. Komandanın lideri Mariya Stadnik (50 kq) aktivindəki 40 xalla ilk “3-lüy”ü qapayır. 53 kq-da Anjela Doroqan (14) 16-cı, 57 kq-da Alyona Kolesnik (12) 15-ci, 59 kq-da Elmira Qəmbərova (16) 12-ci, 62 kq-da Tatyana Omelçenko (16) 13-cü, 65 kq-da Elis Manolova (20) 9-cu pillədə qərarlaşıb. İrina Netrebanın adı isə həm 65, həm də 68 kq-da ilk “20-lik”dədir. İrina 65 kq üzrə 25 xalla 6-cı, 68 kq-da isə 14 xalla 18-ci sıradadır.
Qeyd edək ki, Avropa və dünya çempionatı kimi nüfuzlu yarışlarda püşkatma zamanı reytinq siyahısı nəzərə alınır.
Baxış sayı: 774
Bölməyə aid digər xəbərlər