Bütün xəbərlər
Yevlaxda "Mercedes" atlını vurdu - At öldü, atlı xəstəxanada
Tarix: 18-04-2019 10:43 | Bölmə: Digər



Yevlax rayonu ərazisində yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.
Yevlax istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil yolun kənarı ilə atla gedən rayon sakinini vurub.
Hadisə nəticəsində at ölüb, sahibi, Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Nağıyev Azad Nağı oğlu ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 649


Bölməyə aid digər xəbərlər