09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
17:57 / 25-10-2026
2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Rusiyada keçiriləcək
17:52 / 25-10-2026
LDPR ABŞ-ı Kiyev rejiminə bütün hərbi yardımları dayandırmağa çağırdı
17:49 / 25-10-2026
Serbiya Tərəqqi Partiyası Vuçiçin anasına hücum edildiyini bildirdi
17:44 / 25-10-2026
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
17:42 / 25-10-2026
Floridada baş verən atışmada on bir nəfər yaralanıb
17:39 / 25-10-2026
Fransadakı iğtişaşlarda saxlanılanların sayı açıqlanıb
17:36 / 25-10-2026
Nyu-York Katolik Arxiyepiskopluğu 800 milyon dollardan çox zorakılıq iddiası ilə bağlı ödəniş edəcək
17:31 / 25-10-2026
Yüzlərlə insan Almaniya hava limanlarında deportasiyalara qarşı etiraz etdi
10:25 / 25-10-2026
Peskov bildirib ki, Trampın Moskvaya səfəri hazırda müzakirə mövzusu deyil
10:23 / 25-10-2026
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
10:19 / 25-10-2026
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
10:15 / 25-10-2026
Moldova Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalayacaq
10:13 / 25-10-2026
Fransada sosial media xidmətləri etirazlar səbəbindən dayandırıla bilər
09:55 / 25-10-2026
BƏƏ-də OBS Qlobal ikinci günü
09:57 / 24-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:36 / 22-10-2026
Parçalanmış coğrafiyadan milli suverenliyə
23:27 / 22-10-2026
Qaz balonu partladıqdan sonra avtomobil alovlanıb
23:25 / 22-10-2026
Dəmir yolu işçisi şəhərətrafı qatar yanğınına görə mühakimə olunacaq
23:22 / 22-10-2026
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
23:18 / 22-10-2026
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
23:15 / 22-10-2026
Tramp İranı neft qiymətlərini qaldırmaqda günahlandırır
23:12 / 22-10-2026
Trampın Maskla danışığından sonra Ukraynada Starlink xidməti yaxşılaşıb
23:08 / 22-10-2026
Putin Ukraynada yarım milyondan çox fərari olduğunu bildirdi
22:59 / 22-10-2026
Britaniyada Pokémon kart kolleksiyası 1,5 milyon funt sterlinqə satıldı
16:48 / 22-10-2026
Paşinyan Ermənistanın AİB-dən çıxarıla bilməyəcəyini bildirdi
Bakıda mənzildən qızıl dolu seyf oğurlandı
Tarix: 02-04-2019 23:08 | Bölmə: Digər
Bakıda içində qızıl-zinət əşyaları olan seyf oğurlanıb.
Bu barədə Oxu.Az-a Xətai rayon Polis İdarəsindən məlumat daxil olub.
Zərərçəkən 32 yaşlı şəhər sakini Nicat Salmanovdur. Onun mənzilindən oğurlanan seyfdə ümumi qiyməti 10 min manatdan çox olan qızıl-zinət əşyaları olub.
Araşdırma nəticəsində məlum olub ki, cinayətkar mənzilə aprelin 1-nə keçən gecə, qapının kilidini sındıraraq daxil olub.
Araşdırma Xətai rayonunun 36-cı polis bölməsinin əməkdaşları tərəfindən aparılır. Fakt üzrə hələlik şübhəli qismində heç kim saxlanılmayıb.
Qeyd edək ki, Xətai rayonunun ərazisində bir neçə gün ərzində səkkiz qarət qeydə alınıb. Onlar arasında qapı kilidinin açılması yolu ilə həyata keçirilmiş iki mənzil qarəti var.
Məlumata görə, naməlum şəxslər beləcə Rəsul Vəliyev və Natəvan Musayevanın mənzillərinə daxil olublar. Birinci halda oğrular 500 manat pul, ikinci halda isə 250 ABŞ dolları məbləğində pul və ümumilikdə 13 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb.
Hüquq-mühafizə orqanı əməkdaşlarının dediyinə görə, qapı kilidinin açılması üçün uyğun açarın seçilməsi metodundan daha çox gürcü “qastrolçular” istifadə edir.
Təxminən bir ay əvvəl (6 mart – red.), Binəqədi rayon Polis İdarəsinin əməliyyatçıları mənzil qarətləri ilə məşğul olan gürcü oğrulardan ibarət dəstəni ifşa edib.
Əməliyyatın gedişində 40 yaşlı Gürcüstan vətəndaş Laşa Abramişvili, 45 yaşlı Şimaqi Qaprindaşvili, 50 yaşlı Ramazi Matçaraşvili və 31 yaşlı Ağdam rayon sakini Vüsal Məhərrəmov saxlanılıb.
Polis əməkdaşları oğruların verdikləri ifadədə cinayət törətdikləri və ya planlaşdırdıqları yerləri “işarələdiklərini” etiraf etdiklərini söyləyir. Onlar beləcə həmkarlarını “gələcək perspektivlər” haqda məlumatlandırır.
Oğrular arasında ən geniş yayılmış “oğru işarələrini” internetdə tapmaq olar.
Bakılı əməliyyatçılar mənzil qarəti ilə bağlı praktikalarında oğruların divarlarda qoyduğu işarələrlə bir neçə dəfə üzləşdiklərini gizlətmir. Məsələn, içi boş halqa mənzilin siqnalizasiya sistemi ilə təchiz olunduğunu və ya polis tərəfindən mühafizə olunduğunu bildirir.
Yeddi və səkkiz işarəsi mənzilin iyul və avqust aylarında boş olduğunu bildirir. Romb işarəsi evdə heç kimin yaşamadığını ifadə edir. Üç çubuq işarəsi evdə qiymətli heç bir şeyin olmadığını göstərir.
Polis əməkdaşlarının sözlərinə görə, Bakıda başqa işarələrə hələlik rast gəlinməyib.
Bununla əlaqədar hüquq-mühafizə orqanları əməkdaşları ev və ya mənzil sahiblərini yaşayış yerinin yaxın çevrəsinə müntəzəm olaraq diqqətli baxış keçirməyi, imkan olduqca siqnalizasiya sistemi quraşdırmağı tövsiyə edir. Belə olan hallarda daşınmaz əmlakın təhlükəsizliyi daha yüksək səviyyədə təmin olunacaq.
Qeyd edək ki, ötən sutkalar ərzində Bakıda ümumilikdə 38 qarət hadisəsi qeydə alınıb.
Baxış sayı: 722
Bölməyə aid digər xəbərlər