Bütün xəbərlər
Bakıda 12 yaşlı oğlan “Oba” marketin satıcısını hədələyərək kassadakı pulları aparıb
Tarix: 02-04-2019 13:44 | Bölmə: Digər

                                       


Bakıdakı “Oba” marketlərdən birində quldurluq olub.
“Report”un xəbərinə görə, Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən “Oba” marketə daxil olan yeniyetmə oğlan satıcı 33 yaşlı M.Əhmədovanı bıçaqla hədələyib və kassadakı 205 manat pulu aparıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətmiş 12 yaşlı M.Mustafayev tutulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.



Baxış sayı: 700


Bölməyə aid digər xəbərlər