12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Qonşusunu öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Tarix: 23-03-2019 16:39 | Bölmə: Digər

                                  


Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası aprelin 2-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. Emil Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Heydərov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.



Baxış sayı: 547


Bölməyə aid digər xəbərlər