Bütün xəbərlər
Dünyanın ən çox qazanan qapıçısı ola bilər
Tarix: 22-12-2017 13:48 | Bölmə: Digər


“Çelsi” qapıçısı Tibo Kurtuanı uzun müddət komandada saxlamaq niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “zadəganlar” belçikalı qolkiperə yeni müqavilə təklif ediblər.
 
Belə ki, londonlular Kurtuanın 2019-cu ilə qədər olan müqavilə müddətini daha 4 il uzatmaqda maraqlıdı. Kurtua bunu qəbul etsə, dünyanın ən yüksəködənişli qapıçısı olacaq. Çünki razılıq əldə olunacağı təqdirdə, 25 yaşlı qapıçının həftəlik maaşı 225 min avro təşkil edəcək.
 
Qeyd edək ki, Tibo Kurtua cari mövsümdə meydana çıxdığı 25 görüşdə 23 top buraxıb.



Baxış sayı: 781


Bölməyə aid digər xəbərlər