12:58 / 23-11-2024
Azərbaycanda zəlzələ oldu
Bütün xəbərlər
Yaponiyadan ərazi tələbi: Pxenyandan Seula dəstək
Tarix: 12-02-2019 01:26 | Bölmə: Digər

                   



Yaponiyanın Cənubi Koreyanın nəzarətində olan adalar üzərində haqq tələbi məntiqsiz bir addımdır.
Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın KCNADA agentliyi məlumat yayıb.
Pxenyan Yaponiyanın işğal və müstəmləkə dövründə törətdiyi müharibə və insanlığa qarşı cinayətləri hələ də inkar etdiyini bəyan edib:
"Tok adaları adı ilə və cismən Koreyanın ayrılmaz bir hissəsidir. Yalnız Koreyaya aid tarixi sənədlər deyil, yaponların tarixi sənədləri və xəritələri da adaların Koreyanın hissəsi olduğunu göstərir. Bunların heç biri adaların Yaponiyaya aid olduğuna işarə etmir".
Qeyd edək ki, daha öncə Yaponiya Xarici İşlər naziri Taro Kono Cənubi Koreyanın nəzarətində olan adalar üzərində haqq tələb edib.



Baxış sayı: 540


Bölməyə aid digər xəbərlər