14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
"Zenit" Sobolevin transferinə görə "Spartak"a 12 milyon avro ödəyəcək
Tarix: 09-07-2024 17:42 | Bölmə: Digər

Moskva "Spartak"ının hücumçusu Aleksandr Sobolev Sankt-Peterburqun "Zenit"inə keçməyə yaxındır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Çempionat.com" yazır. Nəşrin məlumatına görə, klublar bonuslar da daxil olmaqla 12 milyon avroluq transfer barədə razılığa gəliblər.
Sobolev 2020-ci ildən "Spartak"da çıxış edir. “Qırmızı-ağlar”ın tərkibində Aleksandr bütün turnirlərdə 139 oyunda iştirak edib, 58 qol vurub və 32 məhsuldar ötürmə verib.
Hücumçunun Rusiya millisində də 15 matçı və 6 qolu var.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər