14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Bəşər tarixində ilk dəfə Yerə Ayın uzaq tərəfindən torpaq gətirildi
Tarix: 25-06-2024 12:22 | Bölmə: Digər

Tarixdə ilk dəfə Çinin Ay zondu "Çanqe-6" Ayın uzaq tərəfində toplanmış torpaq nümunələrini uğurla Yerə çatdırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Çinin CGTN telekanalının çərşənbə axşamı səhər verdiyi məlumata görə, reqolitli kapsul Daxili Monqolustan əyalətində zonddan atılan paraşütə düşüb. Bu missiya Ayın uzaq tərəfindən Ay torpağından nümunələrin Yerə çatdırılması ilə tarixdə ilk olub.
Missiyanın müddəti 53 gün idi. “Çanqe-6” kosmik gəmisi mayın 3-də orbitə buraxılıb və Ayın Cənub Qütbünün yaxınlığında yerləşən Apollon kraterinə enib. Ayın səthinə eniş iyunun 2-də baş tutub, iki gün sonra, iyunun 4-də zond torpaq nümunələri ilə Ay səthindən havaya qalxıb.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər