Bütün xəbərlər
ÇSKA-nın keçmiş futbolçusu Vernblum Rusiyada oynadığı üçün üzr istəyib
Tarix: 21-05-2024 22:58 | Bölmə: Digər

Moskvanın ÇSKA klubunun keçmiş yarımmüdafiəçisi Pontus Vernblum bir vaxtlar Rusiya futbol klubunda çıxış etdiyinə görə İsveç xalqından üzr istəyib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsveçin "AftonBladet" nəşri Vernblumdan sitat gətirir: "Mən ÇSKA-ya köçəndə dünyada vəziyyət tamamilə fərqli idi".
Vernblum 2012-2018-ci illərdə ÇSKA-da çıxış edib. Rusiya komandasının tərkibində Pontus bütün turnirlərdə 224 oyunda iştirak edib, 22 qol vurub və 17 məhsuldar ötürmə verib. 37 yaşlı idmançının İsveç millisində də 51 oyunu və iki qolu var.


Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər