Bütün xəbərlər
İspaniya millisinin baş məşqçisi de la Fuente yeni müqavilə imzalayıb
Tarix: 22-02-2024 20:59 | Bölmə: Digər

İspaniya Kral Futbol Federasiyası (RFEF) İspaniya millisinin baş məşqçisi Luis de la Fuente ilə müqavilənin uzadılması variantını aktivləşdirmək qərarına gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssislə RFEF arasındakı müqavilə 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının sonuna kimi qüvvədə olacaq.
De la Fuente ötən ilin yanvarında İspaniya millisini çalışdırıb. Onun rəhbərliyi altında milli komanda 10 görüş keçirə bilib, bu görüşlərdə doqquz qələbə qazanıb və bir məğlubiyyətlə üzləşib - Avro-2024-ün seçmə mərhələsində Şotlandiyadan (0:2).


Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər