Bütün xəbərlər
Sumqayıtda "reket"lik edən dəstəyə hökm oxundu
Tarix: 31-01-2019 19:59 | Bölmə: Digər

                   

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Nicat Rzazadə, 2001-ci il təvəllüdlü - Sənan Rüstəmov və Kamran Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, adları keçən şəxslər özlərini “kriminal aləm”in üzvləri kimi apararaq əvvəldən tanıdıqları Sumqayıt şəhər sakinləri - Çinarə Əliyevaya, Ziyad Həsənova, Elmin Miriyevə, Məhəmməd Həsənzadə və Rüstəm Əhmədova döyməklə, öldürməklə və yandırmaqla hədə-qorxu gələrək pul tələb ediblər.
Onlar bir neçə şəxsin mobil telefonunu da alaraq qaytarmayıblar. Zərərçəkənlərin şikayəti əsasında hər üç şəxs saxlanılıb.



Baxış sayı: 558


Bölməyə aid digər xəbərlər