18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
17:57 / 25-10-2026
2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Rusiyada keçiriləcək
17:52 / 25-10-2026
LDPR ABŞ-ı Kiyev rejiminə bütün hərbi yardımları dayandırmağa çağırdı
17:49 / 25-10-2026
Serbiya Tərəqqi Partiyası Vuçiçin anasına hücum edildiyini bildirdi
17:44 / 25-10-2026
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
17:42 / 25-10-2026
Floridada baş verən atışmada on bir nəfər yaralanıb
17:39 / 25-10-2026
Fransadakı iğtişaşlarda saxlanılanların sayı açıqlanıb
17:36 / 25-10-2026
Nyu-York Katolik Arxiyepiskopluğu 800 milyon dollardan çox zorakılıq iddiası ilə bağlı ödəniş edəcək
17:31 / 25-10-2026
Yüzlərlə insan Almaniya hava limanlarında deportasiyalara qarşı etiraz etdi
10:25 / 25-10-2026
Peskov bildirib ki, Trampın Moskvaya səfəri hazırda müzakirə mövzusu deyil
10:23 / 25-10-2026
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
10:19 / 25-10-2026
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
10:15 / 25-10-2026
Moldova Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalayacaq
10:13 / 25-10-2026
Fransada sosial media xidmətləri etirazlar səbəbindən dayandırıla bilər
09:55 / 25-10-2026
BƏƏ-də OBS Qlobal ikinci günü
09:57 / 24-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:36 / 22-10-2026
Parçalanmış coğrafiyadan milli suverenliyə
23:27 / 22-10-2026
Qaz balonu partladıqdan sonra avtomobil alovlanıb
23:25 / 22-10-2026
Dəmir yolu işçisi şəhərətrafı qatar yanğınına görə mühakimə olunacaq
23:22 / 22-10-2026
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
23:18 / 22-10-2026
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
23:15 / 22-10-2026
Tramp İranı neft qiymətlərini qaldırmaqda günahlandırır
23:12 / 22-10-2026
Trampın Maskla danışığından sonra Ukraynada Starlink xidməti yaxşılaşıb
23:08 / 22-10-2026
Putin Ukraynada yarım milyondan çox fərari olduğunu bildirdi
22:59 / 22-10-2026
Britaniyada Pokémon kart kolleksiyası 1,5 milyon funt sterlinqə satıldı
16:48 / 22-10-2026
Paşinyan Ermənistanın AİB-dən çıxarıla bilməyəcəyini bildirdi
16:42 / 22-10-2026
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
16:38 / 22-10-2026
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
16:34 / 22-10-2026
Ukrayna Rusiyanın yeni "Filin" raketi ilə bağlı həyəcan təbili çaldı
16:25 / 22-10-2026
Meşədə bir kişini parçalayan ayı öldürülüb
16:19 / 22-10-2026
Peskov, Putinin ABŞ və Ukrayna ilə görüş üçün hələ iştirakçıları seçmədiyini açıqladı
Ağstafada heyvanlar arasında profilaktik peyvəndləmə aparılır (FOTO)
Tarix: 30-01-2019 14:30 | Bölmə: Digər
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DBX-dən Trend-ə verilən məlumata görə, cari ilin ilk günlərindən başlayaraq bütün ölkədə olduğu kimi, Ağstafa rayonunda da saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Hazırda Dövlət Baytarlıq Xidmətinin Ağstafa Rayon Baytarlıq İdarəsi ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan 13 834 baş iribuynuzlu, 1494 baş təkdırnaqlı heyvanda qarayara, 1822 baş qapı itində isə quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbiri aparıb, eləcə də 954 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürüb və 3250 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görüb. Tədbirlər davam etdirilir.
Qeyd edək ki, 2018-ci ildə rayonda epizootik sabitliyi qoruyub saxlayan Ağstafa Rayon Baytarlıq İdarəsi 14 sahə baytar məntəqəsi vasitəsilə 1 şəhər, 1 qəsəbə və 29 kənddə mövcud olan 97 baş təkdırnaqlı heyvanda manqo (maleinizasiya), 2578 baş iribuynuzlu heyvanda vərəm xəstəliklərinə (allergik) görə diaqnostik, 5674 baş iribuynuzlu, 2826 baş törədici qoçlarda bruselyoz və infeksion epidedimitə görə seroloji müayinələr aparıb. Həmçinin 26465 baş iribuynuzlu, 3491 baş təkdırnaqlı, 171367 baş xırdabuynuzlu heyvanlarda, 6764 baş iribuynuzlu cavan heyvanlarda qarayara, 42514 baş iribuynuzlu, 101 978 baş xırdabuynuzlu heyvanlarda dabaq, 6054 baş itdə quduzluq, 347 172 baş quşda (“H” vaksini), 346 767 baş cücədə (La-sota) taun, 359 baş atda qrip və rinopnevmaniya, 1813 baş iribuynuzlu, 1943 baş xırdabuynuzlu heyvanlarda leptospiroz, 114 599 baş xırdabuynuzlu heyvanlarda çiçək, 11 792 baş xırdabuynuzlu (Rev-1 vaksini), 4008 baş iribuynuzlu heyvanlarda bruselyoz (Brudoll A) və 29 103 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparıb. Eləcə də başa vurduğumuz il ərzində rayonda 34 190 kvadratmetr sahədə profilaktik dezinfeksiya işlərini yerinə yetirib.
Tədbirlər çərçivəsində baytar mütəxəssislər vətəndaşlar arasında maariflənmə işləri aparır, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və zoobaytar tələblərə ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verirlər.
Epizootik tədbirlər planına uyğun olaraq bundan sonra isə Ağstafa rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə, qoçlarda infeksion epidedimitə və atlarda manqo xəstəliklərinə görə müayinələrin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Baxış sayı: 830
Bölməyə aid digər xəbərlər