18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
17:57 / 25-10-2026
2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Rusiyada keçiriləcək
17:52 / 25-10-2026
LDPR ABŞ-ı Kiyev rejiminə bütün hərbi yardımları dayandırmağa çağırdı
17:49 / 25-10-2026
Serbiya Tərəqqi Partiyası Vuçiçin anasına hücum edildiyini bildirdi
17:44 / 25-10-2026
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
17:42 / 25-10-2026
Floridada baş verən atışmada on bir nəfər yaralanıb
17:39 / 25-10-2026
Fransadakı iğtişaşlarda saxlanılanların sayı açıqlanıb
17:36 / 25-10-2026
Nyu-York Katolik Arxiyepiskopluğu 800 milyon dollardan çox zorakılıq iddiası ilə bağlı ödəniş edəcək
17:31 / 25-10-2026
Yüzlərlə insan Almaniya hava limanlarında deportasiyalara qarşı etiraz etdi
10:25 / 25-10-2026
Peskov bildirib ki, Trampın Moskvaya səfəri hazırda müzakirə mövzusu deyil
10:23 / 25-10-2026
Britaniyaya müharibəyə hazırlaşmaq üçün 1000 gün vaxt verildi
10:19 / 25-10-2026
Rusiya səfiri NATO-nun Yeni Zelandiyaya olan marağını izah etdi
10:15 / 25-10-2026
Moldova Ukrayna ilə hərbi-texniki əməkdaşlıq müqaviləsi imzalayacaq
10:13 / 25-10-2026
Fransada sosial media xidmətləri etirazlar səbəbindən dayandırıla bilər
09:55 / 25-10-2026
BƏƏ-də OBS Qlobal ikinci günü
09:57 / 24-10-2026
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
23:36 / 22-10-2026
Parçalanmış coğrafiyadan milli suverenliyə
23:27 / 22-10-2026
Qaz balonu partladıqdan sonra avtomobil alovlanıb
23:25 / 22-10-2026
Dəmir yolu işçisi şəhərətrafı qatar yanğınına görə mühakimə olunacaq
23:22 / 22-10-2026
Putin Rusiyada teatrın canlı olduğunu bəyan etdi
23:18 / 22-10-2026
Dmitriyev bildirib ki, Rusiya, Almaniya və ABŞ Avropanı yenidən möhtəşəm edə bilər
23:15 / 22-10-2026
Tramp İranı neft qiymətlərini qaldırmaqda günahlandırır
23:12 / 22-10-2026
Trampın Maskla danışığından sonra Ukraynada Starlink xidməti yaxşılaşıb
23:08 / 22-10-2026
Putin Ukraynada yarım milyondan çox fərari olduğunu bildirdi
22:59 / 22-10-2026
Britaniyada Pokémon kart kolleksiyası 1,5 milyon funt sterlinqə satıldı
16:48 / 22-10-2026
Paşinyan Ermənistanın AİB-dən çıxarıla bilməyəcəyini bildirdi
16:42 / 22-10-2026
Rusiya və Ukrayna ölənlərin cəsədlərini mübadilə etdilər
16:38 / 22-10-2026
Fransa Şamond virusundan ilk insan ölümü barədə məlumat verib
16:34 / 22-10-2026
Ukrayna Rusiyanın yeni "Filin" raketi ilə bağlı həyəcan təbili çaldı
16:25 / 22-10-2026
Meşədə bir kişini parçalayan ayı öldürülüb
16:19 / 22-10-2026
Peskov, Putinin ABŞ və Ukrayna ilə görüş üçün hələ iştirakçıları seçmədiyini açıqladı
Bu rayonda barama istehsalının 50-60 tona çatdırılması planlaşdırılı
Tarix: 30-01-2019 13:19 | Bölmə: Digər
Ağcabədi rayonunda barama istehsalının 50-60 tona çatdırılması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunları üzrə konfransda çıxışı zamanı deyib.
Ş.Məmmədov bildirib ki, son illərdə pambıq istehsalı 10 dəfə artaraq 23,3 min tona çatıb, hər hektardan orta məhsuldarlıq isə 1,5 dəfə artaraq 23,3 sentner təşkil edib. Mövsümi işlərə 22 min nəfərə yaxın kənd sakini cəlb olunub və onlar pambıqçılıqdan yüksək gəlir əldə ediblər.
O vurğulayıb ki, kənd təsərrüfatı üçün ənənəvi sahələrdən biri olan baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi bu sahənin yenidən dirçəldilməsini şərtləndirib, kümçülərdə böyük ruh yüksəkliyi yaradıb: “Nəticədə rayonda 2018-ci ildə əvvəlki ilə nisbətən 2,2 dəfə çox - 37 ton barama istehsal olunaraq təhvil verilib, kümçülər 330 min manatdan artıq gəlir əldə ediblər. Cari ildə isə hədəfimiz barama istehsalının 50-60 tona çatdırılmasıdır. Baramaçılığın yem bazasının yaradılması istiqamətində də işlər davam etdirilib, son üç ildə 389 min tut tingi əkilib”.
İcra başçısı deyib ki, ötən il taxılçılıq sahəsində də çox böyük uğurlar əldə edilib: “Belə ki, əhali təsərrüfatlarında buğdanın məhsuldarlığı hektarda 46,6 sentner olmaqla, rayon üzrə 107 min ton taxıl istehsal edilib”.
Ş.Məmmədov heyvandarlıq sahəsinin inkişafının da diqqət mərkəzində saxlanıldığını bildirib: “Sizin qayğınız sayəsində rayonda “Aqat Aqro” MMC kimi iri heyvandarlıq kompleksi və “ATENA” süd emalı zavodu yaradılıb”.
Onun sözlərinə görə, 2018-ci ildə kənd təsərrüfatına, ümumilikdə, 55 min nəfərdən çox işçi cəlb olunub ki, bu da rayon üzrə məşğul əhalinin 51 faizini təşkil edir: “Sizin diqqət və qayğınız nəticəsində rayonumuzda abadlıq və quruculuq işləri, sosial layihələrin icrası da sürətlə davam etdirilib, 45 mindən artıq şəhər əhalisi fasiləsiz içməli su ilə təmin edilib, qazlaşdırmanın səviyyəsi 92 faizə çatıb, kəndlərarası avtomobil yolları çəkilib. Bu il tikintisi başa çatdırılacaq ictimai xidmətlər sahəsində inqilabi layihə olan “ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəinki rayonumuzun, həmçinin bölgənin əhalisinə böyük töhfə olacaqdır”.
İcra başçısı vurğulayıb ki, bütövlükdə son beş ildə rayona 614 milyon manat investisiya qoyulub, ümumi məhsul buraxılışı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı isə 1,9 dəfə artıb.
Baxış sayı: 785
Bölməyə aid digər xəbərlər