Bütün xəbərlər
Penitensiar xidmətin əməliyyat aparatı müxtəlif cinayətlərin üstünü açıb
Tarix: 28-01-2019 22:44 | Bölmə: Digər



Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, xidmətin, 10 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Nəsimi RPİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 181.2.1, 181.2.3-cü maddələri ilə barəsində axtarış elan edilmiş Bərdə şəhər sakini Həsənov Şamxal Fəqani oğlu saxlanılaraq Nəsimi RPİ-nin əməkdaşlarına təhvil verilib.

Penitensiar Xidmətin, 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Nizami rayon Polis idarəsinin 25-ci Polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakininə qarşı quldurluq etmiş Lənkəran şəhər sakini Niftullayev Namiq Akif oğlu Binəqədi rayonu ərazisində saxlanılaraq Nizami rayon Polis idarəsinə təhvil verilib.



Baxış sayı: 560


Bölməyə aid digər xəbərlər