Bütün xəbərlər
3 vəkilin fəaliyyəti dayandırılaraq Kollegiyanın üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunub
Tarix: 21-01-2019 21:03 | Bölmə: Digər

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.

Kollegiyadan Trend-ə verilən məlumata görə, iclasda vəkillər barəsində başlanılmış 12 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, qanunvericiliyin tələblərini pozduğuna görə 3 vəkilin fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub.
Həmçinin 1 vəkilə irad, 1 vəkilə töhmət verilib, 6 iş üzrə isə pozuntu aşkar edilmədiyi, eləcə də daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 1 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.



Baxış sayı: 497


Bölməyə aid digər xəbərlər