Bütün xəbərlər
Türkiyənin əslən azərbaycanlı olimpiya çempionu karyerasını başa vurub
Tarix: 20-01-2019 14:01 | Bölmə: Digər

                          


Türkiyə milli komandasının əslən azərbaycanlı taekvondoçusu Sərvət Təzəgül karyerasını başa vurub.
"Report"un məlumatına görə, bu barədə 31 yaşlı idmançının özü "Anadolu" agentliyinə açıqlamasında bildirib.
O, gənclərə yol açmaq üçün bu addımı atdığını və fəaliyyətini Türkiyənin kişilərdən ibarət yığmasında davam etdirəcəyini söyləyib.
Sərvət Təzəgül 26 sentyabr 1988-ci ildə Almaniyanın Nürnberqşəhərində doğulub. O, Qars şəhərinin Arpaçay qəsəbəsindən Qərbi Almaniyaya köçən əslən azərbaycanlı ailənin övladıdır. 68 kq çəki dərəcəsində çıxış etmiş Təzəgül 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq, Türkiyənin taekvondo növündə yeganə olimpiya çempionu kimi tarixə düşüb. O, həmçinin 2 dəfə dünya, 5 dəfə Avropa çempionu olub.



Baxış sayı: 492


Bölməyə aid digər xəbərlər