Bütün xəbərlər
“Qalatasaray” Almaniya komandası ilə heç-heçə edib - VİDEO
Tarix: 13-01-2019 01:21 | Bölmə: Digər



Futbol üzrə Türkiyə Superliqasının “Qalatasaray” futbol komandası 2018-2019-cu il mövsümünün ikinci hissəsinə hazırlıq çərçivəsində Almaniyanın “RB Leipzig” komandası ilə yoldaşlıq oyunu keçirib.
Oxu.Az klubun saytına istinadla xəbər verir ki, Almaniyada keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
12 min tamaşaçının izlədiyi görüşdə hesabı 34-cü dəqiqədə “RB Leipzig”in oyunçusu Yussuf Poulsen açıb. İkinci hissənin 55-ci dəqiqəsində İstanbul komandasının futbolçusu Martin Linnes hesaba tarazlıq gətirib.
 
                               ]         
Fateh Terimin yetirmələri bu il ilk rəsmi matçını yanvarın 15-də Türkiyə kuboku uğrunda oyunda “Boluspor”a qarşı keçirəcək.
Xatırladaq ki, “Qalatasaray” klubu Braziliyanın “Atletiko Paranens” komandasından müdafiəçi Markos Nasimento Teixeiranı və müdafiəçi Emre Taşdemiri transfer edərək heyətini gücləndirib.



Baxış sayı: 633


Bölməyə aid digər xəbərlər