Bütün xəbərlər
Futbolçu Burak Yılmaz 11 ildən sonra "Beşiktaş"a qayıdıb
Tarix: 03-01-2019 00:05 | Bölmə: Digər

                           

Türkiyə milli komandasının futbolçusu Burak Yılmaz 11 ildən sonra "Beşiktaş"a qayıdıb.
"Report"un "NTV Spor"a istinadən verdiyi məlumata görə, 34 yaşlı hücumçu ilə 2,5 illik müqavilə bağlanılıb.
Yılmaz ilk dəfə "ağ-qaralar"a 2006-cı ildə "Antalyaspor"dan keçib. Lakin o, 2008-ci ilin yanvarında Filip Holoşkonun transferi qarşılığında "Manisaspor"a göndərilib. Sonradan Türkiyənin daha 3 nəhəng klubu - "Fənərbağça""Qalatasaray" və iki dəfə "Trabzonspor"un formasını geyinmiş təcrübəli forvard Çinin "Beytszin Qoan" klubunda legioner həyatı da yaşayıb. O, son 1,5 ildə Trabzonda çıxış edib.
Türkiyə millisinə də dəvət alan Yılmaz 51 oyuna 23 qol vurub.



Baxış sayı: 551


Bölməyə aid digər xəbərlər