Bütün xəbərlər
Alimlər Marsda çiyələk və pomidor əkməyi planlaşdırırlar
Tarix: 09-12-2017 17:22 | Bölmə: Digər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mütəxəssisləri Marsda xurma palmaları, kahı, pomidor və çiyələk əkməyi planlaşdırırlar.
AZƏRTAC runews24 saytına istinadla xəbər verir ki, BƏƏ hökuməti bitkilərin əkilməsi üçün təxminən 5,5 milyard dollar xərcləmək niyyətindədir.
Alimlər onların ölkəsinin “qırmızı planet”lə oxşarlığını qeyd edirlər. Bunu əsas gətirən mütəxəssislər Marsın xurma, çiyələk və pomidor yetişdirilməsi üçün əlverişli olmasına inanırlar.
Yaxın vaxtlarda alimlər “qırmızı planet”də su tapmaq və onu mühitinin xüsusiyyətləri barədə daha çox öyrənmək fikrindədirlər.


Baxış sayı: 869


Bölməyə aid digər xəbərlər