Bütün xəbərlər
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Tarix: 19-12-2018 23:02 | Bölmə: Digər

              

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Trend-in məlumatına görə, "CAATSA" qanunu çərçivəsində sanksiyalar altına 18 Rusiya vətəndaşı, "FAN" xəbərlər agentliyi, "İqtisadiyyat bu gün" MMC, "Neva xəbərləri" MMC və usareally.com resursu düşüb.
Bundan əlavə, Qərbdə Skripalların zəhərlənməsində şübhəli sayılan Anatoliy Çepiqa və Aleksandr Mişkin sanksiyalar siyahısına daxil ediliblər.
"Qara siyahıya" həmçinin Project Lakhta şirkətinin əməkdaşı Yelena Xüsəynova da düşüb.



Baxış sayı: 620


Bölməyə aid digər xəbərlər