Bütün xəbərlər
Fransa hakimiyyəti Strasburqdakı atışmanı terror aktı kimi dəyərləndirir
Tarix: 12-12-2018 09:17 | Bölmə: Digər

                      

Fransa hakimiyyəti Strasburq şəhərində baş verən atışmanı terror aktı kimi dəyərləndirir.
Trend-in məlumatına görə, Parisin anti-terror bölməsi Strasburqun mərkəzindəki atışma faktı üzrə araşdırmaya başlayıb.
Bundan əlavə, insanlara atəş açan şəxs terrorçuluqda şübhəli bilinənlər siyasına daxil edilib.
Bildirilir ki, hücum edən şəxslə bağlı məlumatlar daxili təhlükəsizlik üzrə baş idarənin kartotekasındadır. Atəş edən şəxs 29 yaşlı Strasburq sakinidir. Polis əməkdaşları cinayətkarın axtarışlarını davam etdirir.



Baxış sayı: 617


Bölməyə aid digər xəbərlər