Bütün xəbərlər
"Los-Anceles Qelaksi" klubu məşhur futbolçu ilə yollarını ayırıb
Tarix: 27-11-2018 11:35 | Bölmə: Digər

                                       

İngiltərə milli komandasının sabiq futbolçusu Eşli Koul ABŞ-ın "Los-Anceles Qelaksi" klubunu tərk edib.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı müdafiəçi ilə müqavilə uzadılmayıb. Los-Anceles təmsilçisi daha 7 futbolçu ilə də yollarını ayırıb.
Qeyd edək ki, Eşli Koul İngiltərə "Arsenal"ının yetirməsidir. O, London komandasının formasını 1998 - 2006-cı illərdə geyinib. Sonradan Koul "Çelsi" və İtaliya "Roma"sında da çıxış edib. Təcrübəli müdafiəçi 2016-cı ildə Avropadan ayrılaraq, karyerasını MLS-də davam etdirməyə qərar verib. 


Baxış sayı: 659


Bölməyə aid digər xəbərlər