Bütün xəbərlər
Bu gün “Uşaq Avroviziya-2018”in qalibi müəyyən olunacaq
Tarix: 25-11-2018 23:33 | Bölmə: Digər

                          

Bu gün Minskdə "Uşaq Avroviziya-2018" mahnı müsabiqəsinin qalibi müəyyənləşəcək.
"Minsk Arenada" keçiriləcək final yarışında rekord sayda - 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycanı təmsil edən Fidan Hüseynova səhnəyə yeddinci çıxacaq.
Mütəxəssislər səhnənin texniki imkanlarını yüksək qiymətləndiriblər. Beynəlxalq mahnı müsabiqəsinin icraçı direktoru Yan Ola Sand səhnənin səs və işıq effektindən razılığını bildirib.
"Minsk Arenada" Azərbaycan təmsilçisindən başqa Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri beynəlxalq mahnı müsabiqəsinin final mərhələsində çıxış edəcəklər.
Xatırladaq ki, ilk "Uşaq Avroviziya" mahnı müsabiqəsi 2003-cü ildə keçirilib.



Baxış sayı: 637


Bölməyə aid digər xəbərlər