Bütün xəbərlər
Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb
Tarix: 02-11-2018 19:48 | Bölmə: Digər

                             

Azərbaycan cüdoçusu Rəşad Yelkiyev Macarıstanın Gyor şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. 
"Report" xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal uğrunda görüşdə Sloveniya təmsilçisi David Starkeli məğlub edib. 
Kişilərin mübarizəsində İlkin Babazadə (66 kq), qadınlarda isə Ülviyyə Rəhimli, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Səkinə Zayirova və İçinxorlu Munxtsedev (hər ikisi 57 kq) yarışı medalsız başa vurublar.  



Baxış sayı: 600


Bölməyə aid digər xəbərlər