Bütün xəbərlər
Sumqayıtda “Şəhadət” filmi nümayişi olundu
Tarix: 06-12-2017 18:49 | Bölmə: Digər

Sumqayıt Gənclər Evində Gənclər və İdman Baş İdarəsinin və şəhər Veteranlar Şurasının birgə təşkilatçılığı İslam Həmrəyliyi, Tolerantlıq və İslam mədəniyyəti mözusunda tədbir keçirilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Veteranlar Şurasının üzvləri, Gənclər Evinin könüllüləri və ictimai fəal gənclər iştirak etmişlər.
Çıxış edənlər - İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fərman Kazımov, Veteranlar Şurasının sədri Leyla Qasımzadə, üzvü Tərlan Məmmədov, Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov və Sumqayıt Dövlət Universitetinin tələbə-gənclər təşkilatının sədr müavini Əli Miriyev bildirdilər ki, ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Cari ilin Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən İslam Həmrəyliy ili elan olunması da məhz Azərbaycanın islam dünyasındakı nüfuzundan və hörmətindən qaynaqlanır. Qeyd olundu ki, Azərbaycanda uzun tarixi dövr ərzində formalaşmış tolerantlıq mühiti, multikulturalizim örnəyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulması şəraiti bu gündə davam edir. Həmçinin IV İslam Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın ölkəmizin islam həmrəyliyin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı böyük tarixi əhəmiyyətə malik ictimai siyasi hadisə olduğunu qeyd etdilər.
Sonda iştirakçılar “Şəhadət filmi”ini izləmişlər.


Baxış sayı: 771


Bölməyə aid digər xəbərlər