Bütün xəbərlər
Konqoda BMT missiyasının əməkdaşı Ebola virusuna yoluxub
Tarix: 13-10-2018 06:22 | Bölmə: Digər

                  

Konqo Demokratik Respublikasının (KDR) şərq hissəsində BMT missiyasının əməkdaşı Ebola virusuna yoluxub.
Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin KDR-da nümayəndəsi Leyla Zerruginin regiondakı sülhməramlı missiyasının əməkdaşlarına göndərdiyi məktubda deyilir.
Məktubda bildirilir: "Mən bu gün sizə yazıram ki, missiyanın rəhbərliyi indicə Beni şəhərində (Şimali Kivu əyaləti) əməkdaşlarımızdan birinin Ebola virusuna yoluxma testinin müsbət nəticə verdiyi bildirim. Hazırda o, lazımi tibbi yardım alır".



Baxış sayı: 621


Bölməyə aid digər xəbərlər