Bütün xəbərlər
Azərbaycanın gənc cüdoçusu Bolqarıstanda bürünc medal qazanıb
Tarix: 14-09-2018 21:26 | Bölmə: Digər

                               

 Bolqarıstanın paytaxtı Sofiya şəhərində cüdo üzrə gənclərin Avropa birinciliyi davam edir.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyinin ikinci günü milli komanda aktivinə daha bir medal yazdırıb.
Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən Murad Fətiyev mötəbər yarışın bürünc medalına sahib olub.
Qeyd edək ki, birinciliyin ilk günü Tofiq Məmmədov (60 kq) qızıl, Rövşən Əliyev (55 kq) gümüş, Balabəy Ağayev (55 kq) və Şəfəq Həmidova (44 kq) isə bürünc medala sahib olublar.
Xatırladaq ki, 42 ölkədən 405 (217 kişi, 188 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa çempionatında Azərbaycan millisi 14 (10 kişi, 4 qadın) cüdoçu ilə təmsil olunur.

                                   





Baxış sayı: 655


Bölməyə aid digər xəbərlər