Bütün xəbərlər
Meşəni yandıranlara atəş açmağa icazə verildi
Tarix: 17-08-2018 23:07 | Bölmə: Digər

İndoneziyanın Sumatra adasında hərbçilərə meşələri yandıran şəxslərə xəbərdarlıqsız atəş açmağa icazə verilib.
Trend-in məlumatına görə, bu qərara səbəb bölgədə meşə yanğınlarının sürətlə yayılmasıdır.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bölgədəki meşə yanğınlarının 99 faizi qəsdən törədilib.
Bir müddət əvvəl İndoneziya Prezidenti Coko Vidodo meşə yanğınlarının avqustun 18-dən sentyabrın 2-dək ölkədə keçiriləcək Asiya oyunlarının gedişatına təsir etməməsi üçün qabaqlayıcı işlərin görülməsi barədə tapşırıq vermişdi.



Baxış sayı: 654


Bölməyə aid digər xəbərlər