20:07 / 23-02-2026
Medvedev Kim Çen Inı
19:10 / 23-02-2026
Müşfiq Abbasov həbs olundu
Bütün xəbərlər
Cəbhəboyu zonadakı raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb
Tarix: 30-11-2017 00:19 | Bölmə: Digər

"sabaha-inamla.az" Müdafiə Nazirliyinin saytına əsasən xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüşə hazırlıq səviyyəsini yoxlayıb.
Müxtəlif hərbi hissələrin saxlanclarında qorunan artilleriya sistemləri, eləcə də eşelonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər texniki vasitələrə baxış keçirilib.
Müdafiə naziri raket və artilleriya qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.



Baxış sayı: 1 026


Bölməyə aid digər xəbərlər