22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Milyarderlər koronavirusun yaradılmasında təqsirləndirilir
Tarix: 12-01-2021 14:28 | Bölmə: Digər

                   Milyarderlər koronavirusun yaradılmasında təqsirləndirilir


Perunun Apellyasiya Məhkəməsinin hakimləri koronavirusun məhkəmə proseslərini iflic hala gətirdiyini bildiriblər. Onlar daha da irəli gedərək pandemiyanın “dünyanı idarə edən cinayətkar elitalar tərəfindən yaradıldığı”nı iddia edib. Milyarderlər Corc Soros, Stiven Rokfeller və Bill Qeytsi təqsirləndiriblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Perunun “RPP” radiostansiyası məlumat verib.
Belə ki, yerli məhkəmələrdən biri təcavüzdə təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması barədə apellyasiya şikayətinə baxıb. Apellyasiya Məhkəməsinin hakimləri əvvəlki instansiya qərarından apellyasiya şikayətinin verilməsini rədd edərək, müttəhimə qarşı açılan cinayət prosesinin “COVID-19” pandemiyası ilə bağlı yaranmış vəziyyət səbəbindən iflic vəziyyətə düşdüyünü bildirib, hökmdə də koronavirus pandemiyasının yayılmasında adıçəkilən şəxslərin əlinin olduğunu qeyd ediblər.
“Dünyada heç bir hökumət, heç bir fiziki və hüquqi şəxs, heç bir cavabdehin müdafiəsi, yeni dünya düzəninin [müəllifləri] arasından yaradanlar, Bill Qeyts, Soros, Rockefeller xaricində bu pandemiyanın “proqnozlaşdırıla biləcəyini” iddia edə bilməz. Onlar bütün prosesi idarə edib və son dərəcə məxfilik şəraitində idarə etməyə davam edir ”deyə məhkəmənin qərarında qeyd olunub.
Təqsirləndirilən şəxsin vəkili onsuz da apellyasiya məhkəməsinin qərarının ləğvini tələb edəcəyini açıqlayaraq, bunun işə aid dəlillər əvəzinə spekulyativ ifadələrə əsaslandığını bildirib.



Baxış sayı: 351


Bölməyə aid digər xəbərlər