23:23 / 11-06-2026
Tramp ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) keçmiş direktoru Kleytonu Milli Kəşfiyyat Direktoru vəzifəsinə namizəd göstərib
23:20 / 11-06-2026
Kanadada itkin düşən rusiyalı gimnast tapılıb
19:38 / 11-06-2026
İtaliya Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğvinə çağırır
19:35 / 11-06-2026
Belfast iğtişaşları Starmer üçün problem yarada bilər
19:30 / 11-06-2026
Avtomobilin bir qrup uşağı vurması nəticəsində üç nəfər ölüb
19:18 / 11-06-2026
Berlin ruslara Şengen vizalarının verilməsinin tamamilə qadağan edilməsini təklif edib
19:14 / 11-06-2026
Tapılan balinanın yan üzgəcləri bədəninə iplə bağlanıb
19:09 / 11-06-2026
İran ABŞ-ın istənilən təcavüzünə sərt cavab veriləcəyini bildirib
16:18 / 11-06-2026
"Ədəbi incilər" antologiyasının təqdimatı keçirilib-VİDEO+FOTOLAR
11:27 / 11-06-2026
300.000 rubl cərimə ödəyəcək
11:20 / 11-06-2026
Cənubi Koreya it ətinin əvəzedicisini tapdı
11:17 / 11-06-2026
FT: AB Xarici İşlər Rəhbəri Kaja Kallas uğursuzluqlar arasında səlahiyyətlərindən məhrum edilə bilər
11:10 / 11-06-2026
Baş verən yanğında iki nəfər həlak olub, bir uşaq xəstəxanaya yerləşdirilib
11:06 / 11-06-2026
Dmitriyev Vitkoff və Kuşnerlə yenidən nə vaxt görüşəcəyini açıqladı
11:00 / 11-06-2026
Zaporojye Atom Elektrik Stansiyası tamamilə elektriksiz qalıb və ehtiyat generatorlarla işləyir
10:56 / 11-06-2026
ÇSKA qapıçısı və üç əcnəbi oyunçusu "Mirotvorça" bazasına əlavə edildi
10:49 / 11-06-2026
FİDE Rusiya Şahmat Federasiyasının üzvlüyünü dayandırdı
10:46 / 11-06-2026
Dmitriyev Rusiyanın güclü iqtisadi birlik yarada biləcəyi AB ölkəsinin adını çəkdi
10:40 / 11-06-2026
6.0 bal gücündə zəlzələ baş verib
10:36 / 11-06-2026
Rusiya Xarici İşlər Nazirliyi cinsi zorakılıq iddialarını mübahisələndirəcək
10:26 / 11-06-2026
Aeroflot yalnız ruslara sabit biletlər satmağa başlayacaq
23:46 / 10-06-2026
Prodüser Filip Kirkorovun bir konsert üçün qonorarını açıqladı
23:44 / 10-06-2026
Rusiyanın ilk ənənəvi Çin mədəniyyəti muzeyi açılıb
19:15 / 10-06-2026
Bolqarıstan Baş naziri Radev Ukraynaya silah tədarükünün dayandırıldığını təsdiqlədi
19:11 / 10-06-2026
Lavrov Ermənistanın NATO ilə artan əməkdaşlığına diqqət çəkdi
19:06 / 10-06-2026
Sərnişin avtobusu yanıb
19:04 / 10-06-2026
Mayqurov Rusiya Biatlon Birliyinin yenidən prezidenti seçildi
19:00 / 10-06-2026
KTMT ölkələri üzvlük haqqını ödəmədiyinə görə Ermənistanı cəzalandırmağı nəzərdən keçirəcəklər
18:57 / 10-06-2026
ABŞ qüvvələri gecə İranda 20 hədəfə zərbə endirib
18:53 / 10-06-2026
Stubb bildirib ki, AB ilə Rusiya arasında danışıqlar aparan rolunu axtarmır
18:50 / 10-06-2026
Fransa Ukraynanın AB-yə qoşulacağı təqdirdə Rusiya ilə müharibədən qorxur
18:47 / 10-06-2026
"Fox News" Trampın İranla bağlı qarşıdakı planlarını açıqladı
18:44 / 10-06-2026
Dövlət Duması ABŞ-ın aqressiv siyasətinə məruz qalan Kubaya dəstəyin vacibliyini qeyd etdi
18:40 / 10-06-2026
Miqrantlar üçün rüsumların artırılması qərarını düzgün qərar adlandırdı
18:36 / 10-06-2026
2026-cı ildə Rusiyada 40.000-dən çox uşaq düşərgəsi fəaliyyət göstərəcək
18:33 / 10-06-2026
Kənd təsərrüfatı firmasına edilən hücumda yaralanan üç kişidən biri xəstəxanada vəfat edib
18:25 / 10-06-2026
Vahid Dövlət İmtahanında fırıldaq etmək məktəblilər üçün şantajla nəticələnə bilər
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasına həsr edilmiş Dövlət Proqramı uğurla icra olunur
Tarix: 09-01-2021 19:57 | Bölmə: Digər
Baxış sayı: 500
Bölməyə aid digər xəbərlər
Tarix: 09-01-2021 19:57 | Bölmə: Digər

Sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunmasına əlverişli şərait yaradılıb
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada bütün kateqoriyadan olan uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara daim diqqət və qayğı göstərilir, onların sosial reabilitasiyası, təlim-tərbiyələri, asudə vaxtlarının təşkili, cəmiyyətə inteqrasiyası, təhsil hüquqlarının həyata keçirilməsi və intellektual səviyyələrinin yüksəldilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Xüsusi kateqoriyadan olan uşaqlara həssaslıqla yanaşılan muxtar respublikada müvafiq sahə ilə bağlı Dövlət proqramları qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilib. Qəbul olunmuş proqram Naxçıvan Muxtar Respublikasında müvafiq sahədə kadr potensialının təkmilləşməsinə və hər bir sağlamlıq imkanları məhdud uşağın layiqli vətəndaş kimi cəmiyyətə inteqrasiya olunmasına əlverişli şərait yaradıb. Müvafiq proqramın icrası ilə bağlı aid dövlət orqanları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə bir sıra vəzifələr qoyulub. Komitə hesabat dövrü ərzində sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı, cəmiyyətə inteqrasiyası, sosial reabilitasiyası, təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, istedadlarının aşkar olunması və sair ilə bağlı ardıcıl tədbirlər həyata keçirib. Belə ki, mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılıb, məlumat bazasının yenilənməsi ilə bağlı işlər görülüb, uşaqların sağlamlıq imkanları məhdudluq göstəricisi və səbəbləri araşdırılıb, əldə olunan məlumatlar yaradılmış bazaya əlavə olunub və uşaqların potensialına uyğun olaraq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə cəlbi ilə bağlı tədbirlər görülüb. Komitə tərəfindən məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumat bazası yaradılıb və baza hər rüb mütəmadi olaraq yenilənib. 2020-ci il 1 iyul tarixə olan statistik məlumata əsasən, muxtar respublikadakı bu kateqoriyadan olan 18 yaşadək 1881 uşaqdan 257 nəfərin məktəbəqədəryaşlı uşaqlar olduğu müəyyən edilib. Məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası komitənin diqqət mərkəzində saxlanılıb, 18 uşaq məktəbəqədər təhsil müəssisələrinə cəlb olunub. Komitə tərəfindən bu kateqoriyaya aid uşaqların məktəbəqədər müəssisələrə cəlbi ilə yanaşı, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə cəlbi də diqqətdə saxlanılıb və 9 uşaq mərkəzdəki təlimlərə yönəldilib.
Aztəminatlı ailələrdən olan, eləcə də sağlamlıq imkanları məhdud uşaqlara qış geyimi, məktəbli geyimi və dərs ləvazimatları verilib
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 14 fevral tarixli Sərəncamı ilə Naxçıvan Şəhər Körpələr Evinin fəaliyyət istiqaməti dəyişdirilərək Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi olub. Mərkəz həm körpələr evi, həm də sağlamlıq imkanları məhdud uşaqların ailələrinə dəstək məqsədilə fəaliyyət göstərir. Bu da muxtar respublikada yaşayan müvafiq kateqoriyadan olan uşaqlara, eləcə də onların ailələrinə göstərilən diqqətin bariz nümunəsidir. Mərkəz yüksək səviyyəli kadrla və müasir avadanlıqlarla təchiz edilərək uşaqların istifadəsinə verilib. Həmçinin hesabat dövründə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması məqsədilə mütəxəssislər tərəfindən 3 dəfə kurs keçirilib və iştirakçılara geniş maarifləndirici məlumatlar verilib, materiallar, əyani vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb. Komitə tərəfindən təşkil olunmuş kurslara 158 müəllim və metodist cəlb edilib.
Hesabat dövründə ümumtəhsil müəssisələrinə 239, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbinə isə 6 sağlamlıq imkanları məhdud uşaq cəlb olunub. Proqramın icrası ilə əlaqədar əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən 3 uşaq distant təhsilə cəlb edilib. Eyni zamanda, tədrisə cəlb edilmiş aztəminatlı sağlamlıq imkanları məhdud uşaqların məktəbli geyimi və ləvazimatları, eləcə də qış geyimi ilə təmini də həyata keçirilib. Komitə tərəfindən hesabat dövrü ərzində aztəminatlı ailələrdən olan 404 uşağa məktəbli geyimi və dərs ləvazimatları, 365 uşağa isə qış geyimi verilib, onların 56-sı sağlamlıq imkanları məhdud uşaqlardır. Tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, cəmiyyətə adaptasiyası və onlar üçün tolerant mühitin yaradılması diqqətdə saxlanılıb. Belə ki, hesabat dövründə komitə tərəfindən uşaq müəssisələrində 492 monitorinq keçirilib. Həmçinin uşaq hüquqlarının qorunması ilə əlaqədar keçirilən monitorinqlərdə tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlar yoxlanılıb. Sevindirici haldır ki, monitorinqlər zamanı müvafiq uşaqlara qarşı heç bir hüquq pozuntusu halı qeydə alınmayıb. Monitorinqlərin sonunda həmin uşaqların valideynləri, məktəb psixoloqları və müəllimlərlə 14 dəfə maarifləndirici görüş təşkil olunub.
Sağlamlıq imkanları məhdud 23 uşaq İKT sahəsində biliklərin artırılması məşğələlərinə cəlb edilib
Proqramın icrasına uyğun olaraq 2016-cı ildə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fərdi, ailə və uşaq psixoloji məsləhət xidmətinin təşkili məqsədilə psixoloji dəstək xidməti yaradılıb. Hesabat dövrü ərzində komitə tərəfindən 23 sağlamlıq imkanları məhdud uşaq informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərin artırılması məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunan məşğələlərə cəlb edilib. Həmçinin müvafiq kateqoriyadan olan 45 uşaq Naxçıvan Uşaq Bərpa Mərkəzinə reabilitasiya üçün yönləndirilib.
Ötən dövr ərzində mütəxəssislər tərəfindən muxtar respublikanın şəhər və rayonlarında sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı ibtidai sinif müəllimləri, məktəb psixoloqları və distant tədris üzrə pedaqoji kadrlar üçün 8 seminar keçirilib və iştirakçılara geniş maarifləndirici məlumatlar verilib, materiallar, əyani vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb. Seminarlara, ümumilikdə, 694 nəfər müvafiq sahəyə məsul işçilər cəlb olunub. Komitə tərəfindən uşaqların tətil günlərində asudə vaxtlarının səmərəli keçirilməsi ötən dövr ərzində də diqqətdə saxlanılıb. Hesabat dövründə 11 film, 24 teatr tamaşası və cizgi filmi nümayiş olunub, 8 dəfə muzeylərə və tarixi-memarlıq abidələrinə ekskursiya və 6 konsert proqramı təşkil edilib. Ümumilikdə, keçirilən tədbirlərə 4154 uşaq cəlb olunub. Bundan əlavə, sağlamlıq imkanları məhdud uşaqlar üçün Ağbulaq İstirahət Mərkəzində 4 dəfə “Yay məktəbi” təşkil olunub və ümumilikdə, 147 uşaq iştirak edib.
Hesabat dövrü ərzində 35 sağlamlıq imkanları məhdud uşaq muxtar respublikada fəaliyyət göstərən musiqi məktəblərinə, 45 sağlamlıq imkanları məhdud uşaq isə məktəbdənkənar müəssisələrin dərnəklərinə cəlb olunub. Bununla yanaşı, 4 müvafiq kateqoriyadan olan uşaq peşə məktəblərinə yönləndirilib.
251 uşağa hədiyyə təqdim olunub
İdmanın kütləviliyinin təbliği, uşaqların sağlam və fəal həyat tərzinə yönəlməsi komitənin diqqət mərkəzində olub. Belə ki, komitə tərəfindən bu kateqoriyaya aid 11 uşaq muxtar respublikada fəaliyyət göstərən idman məktəblərinə cəlb edilib. Bu qəbildən olan uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlər, o cümlədən yaradıcılıq müsabiqələri, bilik və idman yarışları keçirilməsi də diqqətdə saxlanılıb. Belə ki, hesabat dövrü ərzində 16 müsabiqə təşkil edilib və ümumilikdə, müsabiqələrə 333 uşaq cəlb olunub. Eyni zamanda komitə tərəfindən muxtar respublikanın kütləvi informasiya vasitələrində sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiya tədbirləri ilə bağlı maarifləndirici çıxışlar edilib. Ümumilikdə, hesabat dövründə 42 televiziya, 41 radio çıxışları olub, 36 qəzet materialı dərc edilib.
Bundan əlavə, ənənəvi olaraq hər il talassemiya və hemofiliyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib. Hesabat dövrü ərzində keçirilən qanvermə aksiyalarında 40 litr qan toplanaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankına təhvil verilib.
Həmçinin təqvimin əlamətdar günlərində sağlamlıq imkanları məhdud uşaqların bayram görüşlərinə gedilib, onlara bayram sovqatı, ehtiyaclarına uyğun hədiyyələr və tibbi ləvazimatlar təqdim olunub. Ümumilikdə, hesabat dövründə sağlamlıq imkanları məhdud 251 uşağa hədiyyə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bundan sonra da xüsusi qayğıya ehtiyacı olan uşaqların hərtərəfli inkişafı ilə əlaqədar lazımi tədbirlər görəcəkdir.
Baxış sayı: 500
Bölməyə aid digər xəbərlər














