22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Çayxana sahibi məhkəməlik oldu, müştəriləri cərimələndi - Video
Tarix: 06-01-2021 12:48 | Bölmə: Digər

                         Çayxana sahibi məhkəməlik oldu, müştəriləri cərimələndi


Şamaxıda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, keçirilən tədbir zamanı rayon sakini Ağacəfər Manafovun qanunsuz olaraq şəhər ərazisində yerləşən özünə məxsus çayxananı işlətdiyi məlum olub. 
Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. A.Manafov və müştərilər Polis Şöbəsinə dəvət olunub.
Karantin qaydalarını pozan müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər, obyekt sahibi barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

             



Baxış sayı: 313


Bölməyə aid digər xəbərlər