22:50 / 18-05-2024
Qızı boğmağa cəhd edib
Bütün xəbərlər
Azərbaycan qəzeti ABŞ-da da nəşr olunmağa başladı
Tarix: 08-08-2018 22:37 | Bölmə: Digər

                     

Azərbaycan çap mətbuatının böyük uğuru gerçəkləşib. Belə ki, ingilisdilli “Azernews” qəzeti artıq ABŞ-da da nəşr olunmağa başlayıb. Daha sevindirici hal isə odur ki, qəzetin çap formatı tək ABŞ-da yox, artıq bir həftədir ki, Kanada, Çin, Böyük Britaniya, Çexiya, Rusiya, Qazaxıstan və digər nəhəng dövlətlərdə öz oxucularına təqdim olunur. Bu, qəzetin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha bir töhfəsidir.
Qeyd edək ki, bir müddət öncə “Azernews” qəzeti və nüfuzlu Amerika yayımçısı qəzetin çap versiyasının ABŞ-da nəşri üçün müqavilə imzalamışdı.
TREND öz həmkarlarını ürəkdən təbrik edir, onlara yeni uğurlar və nailiyyətlər arzulayır.


Baxış sayı: 638


Bölməyə aid digər xəbərlər