22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
İlk pilotsuz elektrik qatarı istifadəyə verildi
Tarix: 25-12-2020 13:39 | Bölmə: Digər

                  İlk pilotsuz elektrik qatarı istifadəyəverildi



Yaponiyada Fukuoka şəhərindən Kyuşu adasına rels üzrə ilk pilotsuz elektrik qatarı istifadəyə verilib.
Unikal.org  xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Birinci pilotsuz elektrik qatarı yolun 13 kilometrlik məsafəsi üzrə sərnişinləri daşıyacaq. Qatar müstəqil şəkildə dəmiryol keçidlərində və işıqforların qarşısında dayana bilir.
Sərnişinlərin təhlükəsizliyi üçün kompüter sistemlərinin işə salınmasından bir müddət sonra prosesə xüsusi operatorlar nəzarət edəcək, lakin sonra pilotsuz elektrik qatarı tamamilə müstəqil şəkildə işləyəcək. Yaponiyada pilotsuz qatarların işə salınması ideyası elektrik qatarlarının sürücülərinin çatışmazlığından yaranıb.
Pilotsuz elektrik qatarın tətbiqi müvəffəqiyyətli olarsa, bütün Yaponiyada istifadəsi nəzərdə tutulur.



Baxış sayı: 346


Bölməyə aid digər xəbərlər