22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Rus hakimə ömürlük cəza
Tarix: 11-12-2020 22:03 | Bölmə: Digər

                    Rus hakimə ömürlük cəza


Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi ölkə kubokunun 1/32 final mərhələsinin “Çayka” – “Armavir” oyunu ilə bağlı qərarını açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, meydan sahibləri ilə matçın baş hakimi Maksim Matyunin arasında əvvəlcədən danışıq olduğu və referinin qərəzli qərarlar verdiyi üzə çıxıb.
İddiaya görə, Matyunin qarşılaşmadan sonra “Çayka” klubunun icraçı direktoru Oleq Bayandan qanunsuz olaraq pul alıb. Buna görə klub rəsmisi və referi futboldan ömürlük kənarlaşdırılıb. Komandaya isə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qeyd edək ki, görüş “Çayka”nın qələbəsi ilə yekunlaşmışdı – 2:0.



Baxış sayı: 381


Bölməyə aid digər xəbərlər