22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək
Tarix: 30-11-2020 23:19 | Bölmə: Digər

                 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək


UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin V turunda İtaliya "Yuventus"u ilə Ukraynanın "Dinamo" (Kiyev) klubları arasında keçiriləcək matça təyinatlar açıqlanıb.
Unikal.org xəbər verir ki, qarşılaşma Fransa Futbol Federasiyasından Stefani Frappara həvalə olunub. O, ÇL oyunu idarə edən ilk qadın referi kimi tarixə düşəcək.
Frappara Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.
Qadın referi daha əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) görüşündə (3:0) ədaləti təmsil edib.
Qeyd edək ki, "Yuventus" - "Dinamo" matçı dekabrın 2-də oynanılacaq.



Baxış sayı: 297


Bölməyə aid digər xəbərlər