Bütün xəbərlər
Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb - Foto
Tarix: 23-11-2020 12:04 | Bölmə: Digər

                      Kiyevdə “Qarabağ Azərbaycandır!” bilbordu quraşdırılıb


Ukraynada yeni fəaliyyətə başlayan “İrəli” analitik-informasiya platforması Azərbaycanın qazandığı şanlı qələbə münasibətilə Kiyev şəhərinin mərkəzi küçələrindən birində “Qarabağ Azərbaycandır!” bilbordu yerləşdirib. 
Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Ukrayna və Azərbaycan xəritələrinin əks olunduğu bilbordda müvafiq olaraq “Krım və Dombas Ukraynadır”, “Qarabağ Azərbaycandır” şüarları əks olunub.
Təşkilat sədri Qulu İbrahimov bu layihənin təşkilatın ilk addımı olduğunu və bilbordun noyabr ayının sonuna qədər - 15 gün müddətinə yerləşdirildiyini bildirib.


Baxış sayı: 312


Bölməyə aid digər xəbərlər