23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
20:56 / 26-10-2026
Britaniyalılar hökumətin müharibə elanlarından sonra radio və fənər alırlar
20:54 / 26-10-2026
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
20:50 / 26-10-2026
16 mindən çox müştəri elektriksiz qalıb
20:48 / 26-10-2026
Karpin Rusiya Milli Komandasının noyabr oyunları üçün Batrakov və Safonovu çağırıb
09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
17:57 / 25-10-2026
2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Rusiyada keçiriləcək
17:52 / 25-10-2026
LDPR ABŞ-ı Kiyev rejiminə bütün hərbi yardımları dayandırmağa çağırdı
17:49 / 25-10-2026
Serbiya Tərəqqi Partiyası Vuçiçin anasına hücum edildiyini bildirdi
17:44 / 25-10-2026
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
17:42 / 25-10-2026
Floridada baş verən atışmada on bir nəfər yaralanıb
Şuşa özünə qayıtdı…-Cavanşir Feyziyev
Tarix: 12-11-2020 23:52 | Bölmə: Digər
Insan həyatı o qədər uzun deyil ki, onu dərd-qəm içində yandırmaqla barışasan. Bu həqiqəti dərk etməyə başlayandan hər birimiz həyatımızın hər günündə bir sevinc işartısı axtarmağa başlamışdıq. Tapmayanda uşaqlıq illərimizin qayğısız günlərini xatırlayar və özümüzü inandırmağa çalışardıq ki, heç olmasa o zaman, uşaq olarkən xoşbəxt idik. Bizi istədiyimiz qədər qane etməsə də qarşılaşdığımız ən kiçik sevinc anlarını belə yaddaşımızda bir-birinin ardınca xalça ilmələri kimi düzməklə bu xırda sevinclərdən xəyalımızda özümüzə xoşbəxtlik xalısı toxumağa çalışırdıq. Amma qəlbimizin dərinliyində bizi sızladan, gizli-gizli ağladan və həyatımızın böyük bir hissəsini yandırıb külə döndərən bir nisgil vardı - Qarabağ nisgili.
Vətən nisgili, itirilmiş torpaq ağrısı, aşağılanmış qürur acısı, övladlarımızın gözlərinə kişi kimi baxa bilməmək xəcaləti şüurumuza, varlığımıza hakim kəsilmişdi. Bu iztirab, bu acılar, bu xəcalət hissləri heysiyyatımızı ləkələmiş, bizə xoşbəxtliyin dadını unutdurmuşdu. Övlad dünyaya gətirməkdən, qız köçürməkdən, oğul evləndirməkdən almağa çalışdığımız sevinc və fərəh hisslərimizi nə qədər xəyali xoşbəxtlik xalçamıza düzməyə çalışsaq da bu bizi xoşbəx edə bilmirdi. Özümüzü aldatmağa qürurumuz yol vermirdi. Yaşayaraq heç zaman xoşbəxtlik hisslərini bir daha yaşaya bilməmək qorxusu ruhumuzu əsir etmişdi, amma sındıra bilməmişdi. Bakıda, Şəkidə, Gəncədə, Lənkəranda yaşasaq da ruhumuz Qarabağda dolaşırdı. Eşitdiyimiz istənilən pis və ya yaxşı xəbərləri qulaqlarımızda daim səslənən əsirlikdə çırpınan Qarabağın iniltiləri içərisindən eşidirdik. Hara baxmaq istəsək Şuşa dağlarının dumanlı başı və ildən-ilə həsrətdən bozalan qədim Qala divarları gözlərimiz önündə canlanırdı.
Düz 28 il hər açılan sabahın bir müjdə gətirəcəyinə ümidlə yaşadıq, əzab çəkdik, şüurumuzla, qəlbimizlə o günün gələcəyini, o xoşbəxt sabahın açılacağını gözlədik. Bu gün o sabah açıldı.
Bizi bu xoşbəxtliyə qovuşduran xalqımızın mətin iradəsi, Ordumuzun yenilməz rəşadəti, Ali Baş Komandanımızın misilsiz cəsarəti oldu. Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bu günkü yekdilliyi fəth etməmiş ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, canını döyüş meydanlarında qoydu, Qarabağın keçilməz dağlarında, dərələrində tökülən qanlarının izləri ilə Azərbaycanı o alınmaz Şuşa qalasına gətirib çıxardı.
Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Şuşa özünə qayıtdı. Şuşa miniilliklər ərzində köksündə bəsləndiyi doğma Azərbaycanına qovuşdu. Dədə-babalarımızın qoruyub bizə saxladığı əvəzsiz miras, başımızın tacı, ruhumuzun yelkəni Şuşa əsirlikdən azad olundu.
Bu gündən etibarən dünyanı bir başqa rəngdə görməyə, yaşamımızı bir fərqli ovqatda davam etdirməyə başlayırıq. Yeni Həyat başlayır. Qələbə müjdəsinin gözlərimizi yaşartdığı, Qələbə qürurunun başımızı ucaltdığı, xoşbəxtlik hisslərimizin sinəmizə sığmadığı bir günlə başlayan Yeni Həyat. Yaşa Azərbaycan xalqı! Sən ən böyük xoşbəxtliyə layiqsən!
Cavanşir Feyziyev,
Millət vəkili
9 noyabr 2020
Baxış sayı: 510
Bölməyə aid digər xəbərlər
Tarix: 12-11-2020 23:52 | Bölmə: Digər
Insan həyatı o qədər uzun deyil ki, onu dərd-qəm içində yandırmaqla barışasan. Bu həqiqəti dərk etməyə başlayandan hər birimiz həyatımızın hər günündə bir sevinc işartısı axtarmağa başlamışdıq. Tapmayanda uşaqlıq illərimizin qayğısız günlərini xatırlayar və özümüzü inandırmağa çalışardıq ki, heç olmasa o zaman, uşaq olarkən xoşbəxt idik. Bizi istədiyimiz qədər qane etməsə də qarşılaşdığımız ən kiçik sevinc anlarını belə yaddaşımızda bir-birinin ardınca xalça ilmələri kimi düzməklə bu xırda sevinclərdən xəyalımızda özümüzə xoşbəxtlik xalısı toxumağa çalışırdıq. Amma qəlbimizin dərinliyində bizi sızladan, gizli-gizli ağladan və həyatımızın böyük bir hissəsini yandırıb külə döndərən bir nisgil vardı - Qarabağ nisgili.Vətən nisgili, itirilmiş torpaq ağrısı, aşağılanmış qürur acısı, övladlarımızın gözlərinə kişi kimi baxa bilməmək xəcaləti şüurumuza, varlığımıza hakim kəsilmişdi. Bu iztirab, bu acılar, bu xəcalət hissləri heysiyyatımızı ləkələmiş, bizə xoşbəxtliyin dadını unutdurmuşdu. Övlad dünyaya gətirməkdən, qız köçürməkdən, oğul evləndirməkdən almağa çalışdığımız sevinc və fərəh hisslərimizi nə qədər xəyali xoşbəxtlik xalçamıza düzməyə çalışsaq da bu bizi xoşbəx edə bilmirdi. Özümüzü aldatmağa qürurumuz yol vermirdi. Yaşayaraq heç zaman xoşbəxtlik hisslərini bir daha yaşaya bilməmək qorxusu ruhumuzu əsir etmişdi, amma sındıra bilməmişdi. Bakıda, Şəkidə, Gəncədə, Lənkəranda yaşasaq da ruhumuz Qarabağda dolaşırdı. Eşitdiyimiz istənilən pis və ya yaxşı xəbərləri qulaqlarımızda daim səslənən əsirlikdə çırpınan Qarabağın iniltiləri içərisindən eşidirdik. Hara baxmaq istəsək Şuşa dağlarının dumanlı başı və ildən-ilə həsrətdən bozalan qədim Qala divarları gözlərimiz önündə canlanırdı.
Düz 28 il hər açılan sabahın bir müjdə gətirəcəyinə ümidlə yaşadıq, əzab çəkdik, şüurumuzla, qəlbimizlə o günün gələcəyini, o xoşbəxt sabahın açılacağını gözlədik. Bu gün o sabah açıldı.
Bizi bu xoşbəxtliyə qovuşduran xalqımızın mətin iradəsi, Ordumuzun yenilməz rəşadəti, Ali Baş Komandanımızın misilsiz cəsarəti oldu. Qarabağın azadlığı uğrunda günbəgün möhkəmlənən və əvvəllər tarixin heç bir dönəmində bu günkü yekdilliyi fəth etməmiş ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, canını döyüş meydanlarında qoydu, Qarabağın keçilməz dağlarında, dərələrində tökülən qanlarının izləri ilə Azərbaycanı o alınmaz Şuşa qalasına gətirib çıxardı.
Şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. Şuşa özünə qayıtdı. Şuşa miniilliklər ərzində köksündə bəsləndiyi doğma Azərbaycanına qovuşdu. Dədə-babalarımızın qoruyub bizə saxladığı əvəzsiz miras, başımızın tacı, ruhumuzun yelkəni Şuşa əsirlikdən azad olundu.
Bu gündən etibarən dünyanı bir başqa rəngdə görməyə, yaşamımızı bir fərqli ovqatda davam etdirməyə başlayırıq. Yeni Həyat başlayır. Qələbə müjdəsinin gözlərimizi yaşartdığı, Qələbə qürurunun başımızı ucaltdığı, xoşbəxtlik hisslərimizin sinəmizə sığmadığı bir günlə başlayan Yeni Həyat. Yaşa Azərbaycan xalqı! Sən ən böyük xoşbəxtliyə layiqsən!
Cavanşir Feyziyev,
Millət vəkili
9 noyabr 2020
Baxış sayı: 510
Bölməyə aid digər xəbərlər













