22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Samvel Babayan saxta “qəhrəman” adından imtina etdi
Tarix: 10-11-2020 22:24 | Bölmə: Digər

                   Samvel Babayan saxta “qəhrəman” adından imtina etdi


Qondarma “Dağlıq Qarabağ respublikası”nın “Təhlükəsizlik Şurasının katib”i, separatçı qüvvələrin Müdafiə Ordusunun keçmiş “komandan”ı Samvel Babayan ötən gün imzalanan Qarabağla bağlı razılaşmaya etiraz edib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Babayan Qarabağla bağlı razılaşmalara etiraz olaraq saxta “Artsax Qəhrəmanı” adından imtina edib.
“Bu gün Ermənistan və "Artsax liderləri" xain və təktərəfli qərarı və bir qələm toxunuşu ilə ermənilərin varlığını şübhə altına aldıqda, mövcudluğumuza dair sualı bizim əvəzimizə cavablandırdıqda və sonra mövcud həqiqətlər barədə vəhşi açıqlamalar verdikdə, bu sual ortaya çıxır: “xalqın və seçilmiş orqanlarının razılığı olmadan bizi təslim etməyinizə kim icazə verdi?””, deyə Babayan feysbuk səhifəsində yayımlanan açıqlamasında bildirib.
“Bu cinayətkar hərəkətlərə etiraz olaraq mən “Artsax Qəhrəmanı” titulundan və “Təhlükəsizlik Şurasının katib”i vəzifəsindən istefa verirəm”,- deyə Babayan qeyd edib.



Baxış sayı: 362


Bölməyə aid digər xəbərlər