23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
20:56 / 26-10-2026
Britaniyalılar hökumətin müharibə elanlarından sonra radio və fənər alırlar
20:54 / 26-10-2026
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
20:50 / 26-10-2026
16 mindən çox müştəri elektriksiz qalıb
20:48 / 26-10-2026
Karpin Rusiya Milli Komandasının noyabr oyunları üçün Batrakov və Safonovu çağırıb
09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
17:57 / 25-10-2026
2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Rusiyada keçiriləcək
17:52 / 25-10-2026
LDPR ABŞ-ı Kiyev rejiminə bütün hərbi yardımları dayandırmağa çağırdı
17:49 / 25-10-2026
Serbiya Tərəqqi Partiyası Vuçiçin anasına hücum edildiyini bildirdi
17:44 / 25-10-2026
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
17:42 / 25-10-2026
Floridada baş verən atışmada on bir nəfər yaralanıb
BÖYÜK ZƏFƏR BAYRAĞIDIR BAYRAĞIM-Ramiz QASIMOV
Tarix: 08-11-2020 17:43 | Bölmə: Digər

Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir…. Bu, bizim müstəqil dövlətimizin rəmzidir.Ona görə də gərək … hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri
Bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq milli şərəfdir, ləyaqətdir, namusdur. Bayraq mənlikli millət, suveren dövlət, milli qürur və iman yeri deməkdir. Bayraq Azərbaycan xalqı məhz o xalqlardandır ki, ən qədim dövrlərdən milli dövlətçilik tarixi və ənənələrinə malikdir. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının yaratdığı Şərqdə ilk parlamentli cümhuriyyət idi. Bir sıra yeniliklərə imza atan Azərbaycan xalqı həmçinin dünyada birinci dəfə qadınlara siyasi azadlıq bəxş etmişdi. 1918-ci ilin noyabrın 9-da qaldırılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı bir də 72 il sonra dahi lider Heydər Əliyevin uzaqgörən zəkası və əzmi ilə 1990-cı ildə Naxçıvanda dalğalandırıldı. Milli oyanış dövrünün bütün nailiyyətlərini dövlətçiliyimizin ən güclü nişanəsi olan üçrəngli dövlət bayrağımız dalğalandırılmaqla özündə təzahür etdirdi və böyük bir tarixə imza atdı.
Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilən üçrəngli bayraq məhz dövlətçiliyimizin və müstəqilliyimizin bərpa olunması və eləcə də siyasi varisliyin təmin edilməsi idi. 1990-cı illərin çətin, ağır günlərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövətçilik fəaliyyəti həyata keçirilərək milli dövlətçilik ənənələrinin əsası qoyuldu. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən iclasında birinci növbədə bayraq məsələsinə baxılmış, yüksək səsvermə ilə üçrəngli, ay-ulduzlu bayraq qaldırılmış, Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 19 noyabr 1990-cı il tarixli qərarı ilə isə bu bayraq rəsmi surətdə Ali Məclisin binası üzərində ucaldılmışdır. Məhz dahi, uzaqgörən dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həyata keçirdiyi tədbirlər və aldığı qərarlar sonralar müstəqil Azərbaycanın milli dövlətçilik fəaliyyətinin təməlini təşkil etmiş, milli dövlət quruculuğunun əsasında dayanmışdır.
Dövlət bayrağımız bizim milli dəyərimizdir. Elə bir dəyər ki, bizə milli qürur, mənlik, ləyaqət, güc, qüdrət verir. Bu gün dünyanın, demək olar, əsas ölkələri ilə əlaqə və münasibətdə olan, Beynəlxalq Təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı ilə tanınır. Dikilən, dalğalanan hər ölkədə bayrağımız siyasi qələbəmizin təntənəsi kimi hər birimizə qürur verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın dövlət müstəqilliyi tarixində yeni mərhələnin başlanğıcını qoydu. Məhz bu mərhələdə ölkəmiz bir sıra nailiyyətlərə imza atmaqla Heydər Əliyev siyasətinin nə qədər böyük bacarıqla idarə edildiyini qətiyyətlə təsdiq etdi. Beynəlxalq aləmdə özünü dayanıqlı inkişaf, iqtisadi yüksəliş, etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycan Respublikası həmçinin daxili siyasətdə də əvəzsiz uğurlarla ölkə ictimaiyyətinə böyük fərəh və sosial rifah bəxş etdi. Müasir dövrün tələblərinə uyğun tam hazırlıqlı bir nizami ordu formalaşdırmaqla Azərbaycan dövləti həm də dünyanın ən güclü ordusuna sahib olan qüdrətli ölkələr arasında dövlətimizi təmsil etdi. Öz bayrağını qüdrəti, gücü, humanizmi, multikulturalizmi, sülhsevərliyi ilə dünyada tanıtdıran və bir sıra ölkələrdə dalğalandıran Azərbaycan dövləti millətlər içində, dövlətlər içində imzasını göstərdi. Təkcə yerdə deyil, göylərdə də bayrağını ucaldan Azərbaycan öz inkişafı ilə kosmik gücə malik olan ölkələr arasına da daxil oldu. Bu baxımdan Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi, habelə 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında sərəncamlar imzalaması da milli dəyərlərimizə və dövlət atributlarına, o cümlədən Dövlət bayrağına hörmət və ehtiramı ən yüksək səviyyəyə çatdırdı. 2010-cu ildə Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması hər bir Azərbaycan vətəndaşının bayrağa məhəbbət hisslərini daha da alovlandırdı. “Ginnes” dünya rekordları təşkilatının 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etməsi də Azərbaycan vətəndaşına ayrı bir qürur və iftixar hissi bəxş etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradıldı. Bütün bunlar qüdrətli dövlətin və müstəqilliyinə hakim bir gücün təzahürü olaraq Azərbaycan vətəndaşına iftixar gətirdi. Bayraq Meydanının açılış mərasimində çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək demişdir: “Bu meydan nadir memarlıq abidəsidir. Bu bayraq bizim milli dəyərimizdir. ...Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. ...Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda da qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” .
Bu gün biz o tarixi, o günü yaşayır və onun şahidiyik ki, Azərbaycan bayrağı və torpaqların işğaldan azad edilməsilə bağlı deyilən sözlər reallaşır, gerçəkləşir. Bu gün o tarixi proseslərin şahidiyik ki, məhz bu sözlərin müəllifi olan Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının tək bir arzusu olan işğal altındakı torpaqların azad edilməsi və ərazi bütövlüyünün təmin olunması hadisələrini reallaşdırır. Ali Baş Komandan İlham Əliyev yeni bir tarix – diriliş dövrünün tarixini yazır. Azərbaycanın qüdrətli siyasətinin, uğurlu iqtisadiyyatının, nəticəli ordu quruculuğunun təsdiq günüdür bu gün. Sentyabrın 27-dən mənfur düşmənlərimiz olan və 30 ilə yaxın müddətdir, torpaqlarımızın bir hissəsini işğal altında saxlayan Ermənistanın Silahlı Qüvvələrinin qəfil və elan edilməmiş hücumuna əks-hücumla cavab verən ölkəmizin Silahlı Qüvvələri təsdiq etdi ki, Azərbaycan təkcə regionun deyil, dünyanın ən güclü, hazırlıqlı ordularından birinə malikdir. Bu gün həm də sübut olundu ki, uğurlu siyasət, etibarlı əməkdaşlıqlar həyata keçirilib. Ölkəmizin haqq savaşına başladığı, erməni Silahlı Qüvvələrinin xain saldırılarına görünməmiş uğur və hərbi taktika ilə verdiyi cavablara qardaş Türkiyə Cümhuriyyəti xalq və dövlət birliyi ilə tam dəstək verdi. İsrail və Pakistan və nə qədər dünya dövlətlərinin ölkəmizin haqq işinə verdiyi dəstək göstərdi ki, Azərbaycan multikultural ölkə olaraq yürütdüyü düzgün siyasət, həyata keçirdiyi xeyirxah missiya, dostluq və qardaşlıq əlaqələrilə bütün dini, milli, irqi ayrı-seçkilikləri aşan bir uğurlu siyasətə sahibdir və onun siyasətinin nüvəsini ədalət, haqq, dostluq, beynəlxalq hüquq təşkil edir. Özünün diplomatik məharəti, hazırcavablığı və hərtərəfli biliyilə ölkəmizin başçısı bunu da təsdiq və təzahür etdirdi ki, Azərbaycanın dövlət başçısı qabil və qadir siyasət adamıdır. Nəyi, nə vaxt və necə edəcəyini bilən ölkə başçısı doğru siyasət və sarsılmaz inamla apardığı Vətən müharibəsində böyük qələbənin qarantı kimi çıxış edir. Elə Vətən müharibəsinin ilk günlərindən qazanılan uğurlar və işğaldan azad edilən torpaqlarımızda Azərbaycanın dövlət bayrağı dalğalanmaqla bütün xalqı əməl və fikir birliyi ilə öz ətrafında topladı və zəfər təşnəli mübariz və yenilməz bir orduya sahib olduğunu nümayiş etdirdi. Azərbaycanın üçrəngli döyüş bayrağı ilə irəliləyən müzəffər ordusu qarşısında tab gətirməyən mənfur düşmənin əsgərləri döyüş bayrağını ataraq qaçır, qalibiyyət, zəfər, qüdrət və səadət nişanəsi olan Azərbaycan bayrağına sığınaraq aman istəyir, döyüşməkdən imtina edir.
Ali Baş Komandanın vaxtilə Bayraq Meydanının açılışında dediyi kimi, bu gün artıq Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. 2016-cı ilin aprel ayında Lələtəpədə, habelə Günnütdə dalğalandırılan Azərbaycan bayrağı yeni zəfərlər ardıcıllığı ilə başqa azad edilən torpaqlarımızda da ucaldıldı. Bu gün Müzəffər Azərbaycan Ordusu artıq bir çox işğal altında olan əraziləri mənfur düşməndən təmizləyərək bayrağımızı ucaldıb. Hətta Azərbaycan xalqı sürətlə gələn qələbə müjdələrindən hər gün, hər saat, hər dəqiqə eşitməyə alışıb, artıq Şuşanın, Xankəndinin, Dağlıq Qarabağın azad edilmə xəbərinə qulaq kəsilib. Bütün bu rəşadət, şücaət və uzaqgörən, müdrik addımlarla Azərbaycan Respublikasının Prezidenti sübut etdi ki, Qarabağ hər zaman Azərbaycan olub və bu gün də “Qarabağ Azərbaycandır!” Üçrəngli Azərbaycan bayrağı altında birləşən bu ərazilər bütöv, azad və suveren Azərbaycan Respublikasının əldəyilməz xəritəsidir.
Azərbaycan xalqı tam əmindir ki, müzəffər Azərbaycan ordusu və onun uzaqgörən Ali Baş Komandanı Azərbaycan bayrağını mütləq Xankəndində, Şuşada və əlbəttə ki, Dağlıq Qarabağda dalğalandıracaqdır. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Bəli,o bayraq ki, çoxmilyonluq Azərbaycan xalqını birləşdirən ali dəyərdir! O bayraq ki, min illərlə at belində dövlət quran ulu ata-babaların yadigarıdır! O bayraq ki, şəhidlərimizin, qazilərimizin yadigarı, əmanətidir! Eşq olsun Azərbaycan bayrağına! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Baxış sayı: 1 156
Bölməyə aid digər xəbərlər