23:46 / 26-10-2026
Leyla və Alyona Əliyevalar “Capybara Azerbaijan”da - Fotolar
23:41 / 26-10-2026
İran Ukraynanın qonşu ölkələrdə dronlar yerləşdirdiyini açıqladı
23:39 / 26-10-2026
Silahlı dava baş verib: bir nəfər ölüb, digəri yaralanıb
21:45 / 26-10-2026
Evli cütlük tanışını meşəyə aparıb öldürdüyünə görə həbs edilib
21:42 / 26-10-2026
İran Prezidenti 8-ci GECF zirvə toplantısı üçün Moskvaya yola düşüb
21:39 / 26-10-2026
Uşakov Putinin Afrika liderləri ilə görüş cədvəlini açıqladı
21:36 / 26-10-2026
Tarix Muzeyi qayda pozuntularına görə 50.000 rubl cərimə edilib
21:34 / 26-10-2026
Pentaqon Zelenskinin "Patriot" raketlərinin çatdırılmasında gecikmələrlə bağlı şikayətlərinə cavab verib
21:31 / 26-10-2026
Rusiya iki dövrdə Afrikaya 31 milyon tondan çox taxıl tədarük edib
21:27 / 26-10-2026
Tehranda bir restoran reklamı Netanyahunun ləqəbinə bənzərliyi səbəbindən qəzəbə səbəb olub
21:19 / 26-10-2026
Səudiyyə Ərəbistanı 2027-ci ildən etibarən Sinqapur çənlərində neft saxlamağa başlayacaq
21:16 / 26-10-2026
Rusiya Voleybol Komandası 2027-ci il Dünya Çempionatında qrup mərhələsi rəqiblərini öyrənir
21:12 / 26-10-2026
Slutski Avropa Birliyini Serbiya seçkilərinə müdaxilə etməkdə günahlandırdı
21:08 / 26-10-2026
Ukrayna məhkəməsi Yuliya Timoşenkonun girov məbləğini kəskin şəkildə azaldıb
21:04 / 26-10-2026
Rusiyada saxlanılan yapon jurnalistin səhhəti yaxşıdır
21:00 / 26-10-2026
Rusiya Xarici İşlər Nazirliyi Serbiyanın Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini bildirdi
20:56 / 26-10-2026
Britaniyalılar hökumətin müharibə elanlarından sonra radio və fənər alırlar
20:54 / 26-10-2026
Kalaşnikov: "Bəzi Avropa ölkələrinin Rusiyadan təcrid olunmaq istəyi "erməni sindromu"dur".
20:50 / 26-10-2026
16 mindən çox müştəri elektriksiz qalıb
20:48 / 26-10-2026
Karpin Rusiya Milli Komandasının noyabr oyunları üçün Batrakov və Safonovu çağırıb
09:22 / 26-10-2026
Ərəb Koalisiyası husi anbarlarına və buraxılış qurğularına zərbə endirdiyini bildirib
09:19 / 26-10-2026
Ukrayna Rusiya ilə razılığa gəlmək üçün bir şərt müəyyən edib
09:16 / 26-10-2026
Orban BMT Baş Katibi vəzifəsinə namizəd olmağa çağırılır
09:13 / 26-10-2026
Yük qatarının relsdən çıxmasından sonra baş verən yanğın söndürülüb
09:11 / 26-10-2026
Keçmiş futbolçu kremasiya edildi
18:36 / 25-10-2026
FİFA U-15-in mərkəzində yeniyetmələrin inkişafı və futbolun gələcəyi dayanır-Könül Nurullayeva
18:28 / 25-10-2026
Vuçiç: "Seçkilərdən sonra Rusiya ilə daha güclü əməkdaşlıq gözləyir"
18:21 / 25-10-2026
Filipponun partiyası Makronun dərhal istefası üçün petisiya təqdim edib
18:15 / 25-10-2026
ABŞ İranı amerikalıları sui-qəsd etmək üçün bölmə yaratmaqda şübhəli bilir
18:12 / 25-10-2026
Keçmiş Ukrayna prokuroru Kravçenkonun bəyannaməsində 25.000 dollarlıq elektrik stansiyası tapıldı
18:07 / 25-10-2026
Putin Avropadakı miqrasiya böhranına işarə etdi
18:04 / 25-10-2026
İran sanksiya işində ilk dəfə ABŞ əmlakının müsadirəsini təmin etdi
18:00 / 25-10-2026
Ukrayna pilotsuz təyyarəsinin hücumu səkkiz məktəb avtobusuna zərər vurub
17:57 / 25-10-2026
2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Rusiyada keçiriləcək
17:52 / 25-10-2026
LDPR ABŞ-ı Kiyev rejiminə bütün hərbi yardımları dayandırmağa çağırdı
17:49 / 25-10-2026
Serbiya Tərəqqi Partiyası Vuçiçin anasına hücum edildiyini bildirdi
17:44 / 25-10-2026
Guf Voronejdəki konsertdən bir fanatın qovulmasını tələb etdi
17:42 / 25-10-2026
Floridada baş verən atışmada on bir nəfər yaralanıb
“İndi ermənilər buna qarşılıq yalançı hay-küy qaldırırlar”
Tarix: 02-10-2020 12:07 | Bölmə: Digər
“Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bunu dünya da, beynəlxalq təşkilatlar da bilir. “Le Monde” qəzetinin əməkdaşları da ora getməmişdən əvvəl Azərbaycana müraciət edərək akkreditasiya almalı idilər”.
Bu sözləri “Qafqazinfo”ya politoloq Fikrət Sadıqov Dağlıq Qarabağda Fransanın “Le Monde” qəzetinin iki əməkdaşının ötən gün yaralanması ilə bağlı məsələni şərh edərkən bildirib. O, qeyd edib ki, xarici KİV nümayəndələri yalnız Azərbaycanın icazəsilə və vasitəsilə döyüş bölgəsinə gedə bilərdilər:
“Azərbaycan Ordusu Dağlıq Qarabağı vurmur. Çünki biz dinc əhaliylə müharibə aparmırıq, biz hərbi obyektləri məhv edirik. Bizim əsas məqsədimiz işğal olunmuş torpaqlarımızı azad etməkdir. Ona görə orada o jurnalistləri kim vurub, nə baş verib, hansı yolla ora gəlib və bunun təfsilatı bizə məlum deyil. Beynəlxalq təcrübəyə görə, xarici KİV tərəfindən Azərbaycana müraciət olunmalı, akkreditasiya alınmalı idi. Belə olduğu təqdirdə, Azərbaycan bu hadisəyə görə məsuliyyət daşımır”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, ermənilər bir neçə dəfə orada fəaliyyət göstərən azərbaycanlı jurnalistlərə atəş açıblar. Bir neçə dəfə “İctimai TV”-nin, AzTV-nin bölgədəki əməkdaşları gülləbarana tuş gəlib. Azərbaycan tərəfi bu məsələni qabartdığına görə, ermənilər yalançı hay-küy qaldırıblar:
“Ermənilər bu məsələni bilərəkdən edirlər, çünki həmin televiziyalara məxsus avtomobillərin üzərində “TV”, “PRESS” loqoları vurulub. Bu halda onlara atəş açmaq Cenevrə konvensiyasına ziddir. Bu məsələ böyüdü, Azərbaycan tərəfi bunu beynəlxalq aləmə çıxardı, eyni zamanda mənim rəhbərlik etdiyim təşkilat, Jurnalistlərin Həmkarlar İttifaqı da bir neçə beynəlxalq təşkilata müraciət etdi ki, məsələni diqqətə götürsün. İndi ermənilər buna qarşılıq olaraq yalançı hay-küy qaldırırlar”.
M. Ələsgərli qeyd edib ki, ermənilər burada bir həqiqəti “unudurlar”. Onlar xarici KİV nümayəndələrini döyüşlər gedən əraziyə gətiriblər. Əslində qanunvericiliyə görə, ölkəyə xarici ölkələrin KİV nümayəndələri səyahət edirsə, mütləq həmin ölkədə akkreditasiyadan keçməli, həmin ölkədə onların təhlükəsizliyinə təminat alınmalıdır: “Prezidentin köməkçisi Hikmət Hacıyev də həm münaqişə başlamazdan əvvəl, həm də münaqişə dövründə beynəlxalq KİV-lə onlayn konfrans keçirdi və dedi ki, kimlər ki, gəlib Qarabağ bölgəsində reportaj etmək istəyir, biz onların təhlükəsizliyinə təminat veririk. Bura müharibə bölgəsidir, “Le Monde” nin əməkdaşı nə Azərbaycana müraciət edib, nə də akkreditasiyadan keçib. İkincisi, jurnalist iş başında yox, döyüş gedən yerdə - bələdiyyə binasında olub. Azərbaycan tərəfi haradan bilməli idi ki, döyüş gedən binanın içərisində kim var? Bu yerdə günah mütləq şəkildə “Le Monde” qəzetinin və əməkdaşlarının üzərinə düşür”.
M. Ələsgərli həmçinin bu hadisəni Azərbaycana qarşı bir təxribat kimi qiymətləndirib.
Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı bəyanat verib. Bildirib ki, Azərbaycan Ordusu mülki əhalini və obyektləri hədəfə almır və işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir. Azərbaycan XİN həmçinin xarici jurnalistlərə müraciət edərək Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrinə səfər ilə əlaqədar, ilk növbədə Azərbaycan tərəfinin razılığının əldə olunmasını ciddi tövsiyə edib.
Baxış sayı: 594
Bölməyə aid digər xəbərlər