Bütün xəbərlər
Stolüstü tennis üzrə Sumqayit şəhər birinciliyinə yekun vuruldu
Tarix: 24-09-2020 06:29 | Bölmə: Digər
22 sentyabr 2020-ci il tarixində Sumqayıt Bulvarı ərazisində yerləşən “Qarabağ” NN idman bazasında açıq hava şəraitində stolüstü tennis üzrə 2006-cı il və daha kiçik yaşlı oğlan və qızlar arasinda şəhər birinciliyi keçirilmişdir.
Birincilikdə oğlanlar arasında Murad Cəfərov, qızlar arasında isə Mərziyyə Nurmətova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı ilə təltif edilmişdir.

Mail Hümbətov
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin
baş  məsləhətçisi










Baxış sayı: 466


Bölməyə aid digər xəbərlər