22:26 / 24-11-2024
Bu da xatirə - Fotosu
Bütün xəbərlər
Yaponiyada koronavirusu öldürən lampa hazırlandı
Tarix: 22-09-2020 20:22 | Bölmə: Digər

                Yaponiyada koronavirusu öldürən lampa hazırlandı

Yaponiyada koronavirus infeksiyası ilə mübarizə üçün yeni təhlükəsiz vasitə hazırlanıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, “Ushio İnc.” şirkəti Covid-19-u qapalı məkanlarda öldürə bilən “Care222” ultrabənövşəyi lampa istehsal edib. Lampanın qiyməti 2 860 dollar dəyərləndirilir. Bu alət Kolumbiya universiteti ilə birgə iş nəticəsində hazırlanıb. “Care 222”dən yaşayış yerlərində, avtobus, qatar, lift və ofislərdə dezinfeksiya məqsədilə istifadə etmək olar.
Ultrabənövşəyi lampalardan sterilizasiya vasitəsi kimi xüsusilə tibb və qida sənayesi sahələrində geniş istifadə olunur. Bu lampalar dəri xərçəngi və göz problemlərinə səbəb olduğu üçün insanların olduğu məkanlarda istifadə olunmamalıdır.
Bu lampalar 222 nanometr uzunluğu olan ultrabənövşəyi şüalar yayır ki, bu da koronavirusu öldürür. Şüaların effektivliyini Hirosima universitetinin tədqiqatçıları da təsdiqləyib.



Baxış sayı: 355


Bölməyə aid digər xəbərlər